ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 13 mlrd. dollara yaxınlaşır Böyüt

Date:

Paylaş:

“2017-ci ilin 8 ayı ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 7% artaraq 416 milyon dollara çatıb”. “APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan – ABŞ biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr 25 illik tarixə malikdir: “Bu əlaqələr müxtəlif istiqamətlərdə hər zaman dinamik inkişaf edib. Həm enerji, həm də iqtisadiyyatın digər sahələri çərçivəsində mühüm əməkdaşlıq mövcuddur. İnvestisiya əməkdaşlığımız geniş spektrə malikdir. Bu gün ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 13 mlrd. dollara yaxınlaşır. Azərbaycanın da ABŞ-a əhəmiyyətli investisiyaları mövcuddur. Xüsusilə də bura Azərbaycan Dövlət Neft Fondunun investisiyalarını vurğulamaq lazımdır”.

Nazir müavini bildirib ki, bu gün Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir: “Bu gün dünyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük tələbat var. Bu istiqamətdə potensialımızı genişləndirə biləcəyik və amerikalı tərəfdaşlarımızı bu işə dəvət edirik”.

Azərbaycan – ABŞ biznes forumunda sənaye, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrində olan 150-dən artıq sahibkar iştirak edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...