ABŞ ilə Çin arasındakı qarşılıqlı əlavə ticarət rüsumları Apple şirkətinə necə təsir edəcək?

Date:

Paylaş:

 Dünən Çin və ABŞ hökumətləri ticarət müharibəsi çərçivəsində hər iki ölkədən olan məhsullara qarşılıqlı olaraq əlavə ticarət rüsumu qanununu istifadəyə verdilər. Lakin bu qanun nədir və o, Apple ilə digər texnoloji şirkətlərə necə təsir edəcək? Bu barədə CNBC saytı xəbər verib. 1 sentyabr tarixindən ABŞ hökuməti ümumi dəyəri 125 milyard dollar olan Çin importuna əlavə 15%-lik ticarət rüsumu tətbiq etdi. Həmin rüsum əsasən Bluetooth qulaqlıqları, smart səsgücləndiriciləri və Çin istehsalı olan ayaqqabıları əhatə edəcək. Lakin ABŞ hökuməti bununla yetinən deyil. Belə ki, 15 dekabr tarixindən başlayaraq 15%-lik əlavə ticarət rüsumu digər məhsulları da əhatə edəcək. Həmin məhsullara kompüterlər, smartfonlar, planşetlər və s. aid ediləcəklər.

    Çin buna cavabsız qalmayaraq ABŞ-dan olan xam neft məhsullarına 5%-lik ticarət rüsumunu tətbiq etdi. Bundan əlavə olaraq Çin hökuməti ABŞ-dan olan bir çox məhsullara 5-10% ticarət rüsumunu da tətbiq edib. Həmin məhsulların ümumi dəyəri isə 75 milyard dollar təşkil edir. Qeyd etmək lazımdır ki, vəsait xərclərinin azaldılması üçün bir çox şirkətlər öz məhsullarını məhz Çində istehsal edirlər. Buna görə də həmin şirkətlər bundan sonra ABŞ bazarına gətirilmiş hər bir məhsul üçün ticarət rüsumu ödəməli olacaqlar. Məsələn əgər Çində istehsal olunmuş hansısa dronu ABŞ bazarına gətirib satmaq istəyirsənsə əlavə ticarət rüsumunu ödəməlisən.

    Nəticədə şirkətlər ya öz məhsullarının qiymətlərini qaldırmalı, ya da qiymət artımından imtina edərək vəsait itkilərini yaşamalıdırlar. NikeAdidasConverse də daxil olmaqla 200-ə yaxın ayaqqabı brendi bu yeni qanunun ləğv olunması üçün Donald Trump-a müraciət edib. ABŞ prezidenti ilə həmçinin Apple şirkətinin CEO-su Tim Cook da görüş keçirdib. Əvvəlki ticarət rüsumları Apple şirkətinin gəlirlərinə təsir etmirdi. Belə ki, həmin rüsumlar kiçik aksessuarları əhatə edirdilər.

    Lakin yeni rüsum AirPods qulaqlıqlarını, Apple Watch smart saatlarını, HomePod səsgücləndiricilərini və hətta iMac monobloklarını əhatə edir. Daha sonra şirkət Çində istehsal edilmiş iPhoneiPadMac və Apple TVməhsullarına görə də ödəniş etməli olacaq. Lakin J.P. Morgan şirkətinin analitikləri əmindirlər ki, Apple şirkəti öz məhsullarının qiymətlərini qaldırmayacaq və bütün zərbəni öz üzərinə götürəcək. İlkin hesablamalara əsasən şirkət nəticədə 500 milyon dollar vəsait itirəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...