ABŞ hakimiyyəti Çinin telekommunikasiya korporasiyası “Huawei” yə qarşı məhdudiyyətlərin tətbiq edilməsini bir ay yarım müddətinə təxirə salmaq qərarına gəlib.
Beləliklə, milli şirkətlər məhsullarını aprelin 1-dək “Huawei” yə satmağa davam edə biləcəklər. Xatırladaq ki, Amerikanın Çin şirkətinə verdiyi müvəqqəti lisenziyanın müddəti fevralın 16-da başa çatır.
Qeyd edək ki, 2019-cu ilin mayında ABŞ “Huawei” şirkətini ölkənin milli təhlükəsizliyi üçün əsas təhdidlərdən biri kimi qiymətləndirmişdi və onu qara siyahıya daxil etmişdi. 2020-ci ilin yanvar ayında isə ABŞ-ın dövlət katibi Mayk Pompeo “Huawei” in istehsal etdiyi rabitə infrastrukturunun təhlükəli olduğunu söyləmişdi.