ABŞ-ın indiki hökuməti son yeddi il ərzində ən çox korrupsiyalaşmış hökumətdir.
“Bizplus.az” “Bloomberg”ə istinadən xəbər verir ki, bu, “Transparency International” şirkəti tərəfindən tərtib olunan 2018-ci ildə korrupsiya qavrama indeksində göstərilir.
Qeyd olunur ki, bu reytinqdə ABŞ 6 pillə geriləyərək 22-ci yeri tutub.
Araşdırma müəlliflərinin fikrincə, korrupsiyanın qlobal artımı demokratiyanın əsasını pozan populist siyasətçilərin sayının artması ilə əlaqədardır/report.az