Əsas səhifə Xəbərlər Xarici xəbərlər ABŞ hökuməti “Philips”in patentlik şikayəti üzrə araşdırmaya başlayıb

ABŞ hökuməti “Philips”in patentlik şikayəti üzrə araşdırmaya başlayıb

54
Paylaş

ABŞ-ın beynəlxalq ticarət komissiyası ”ağıllı” daşınan cihazlar istehsalçıları olan Fitbit, Garmin, Ingram,Inventec  və Maintek-ə qarşı araşdırmaya başlayıb. Belə ki, onlardan Philips şirkəti patentlik hüquqlarına görə şikayət edib.

The Verge qeyd edir ki, söhbət “Philips”in dörd texnologiyasının patentlik hüquqlarının pozulmasından gedir. Bura aktivliyə nəzarət, həyəcan siqnalı və digər funksiyalar daxildir.

“Philips” nümayəndəsi qəzetə bildirib ki, onlar “Fitbit” və “Garmin”lə üç il ərzində lisenziya müqaviləsi bağlamaqla əlaqədar razılığa gəlməyə çalışıblar, amma alınmayıb.

“Garmin” rəy bildirməkdən imtina edib. “Fitbit” isə açıqlayıb ki, Philips-in iddiaları əsassızdır və şirkət ittiham üzrə mübahisə qaldırmağı düşünür: “Biz belə hesab edirik ki, iradlar əsassızdır və “Philips”in daşınan cihazlar bazarında uğur əldə edə bilməməsinin nəticəsidir”.