Əsas səhifə Xəbərlər Digər xəbərlər ABŞ-dan TƏLƏB: “Telegram” səhmdarlardan əldə etdiyi $1,7 mlrd.-ı nəyə xərclədiyini açıqlamalıdır

ABŞ-dan TƏLƏB: “Telegram” səhmdarlardan əldə etdiyi $1,7 mlrd.-ı nəyə xərclədiyini açıqlamalıdır

84
Paylaş

“Telegram”  TON blokçeyn-platformasının və Gram kriptovalyutasının buraxılışı üçün investorlardan aldığı 1,7 mlrd. dolları necə istifadə etdiyini ABŞ-ın qiymətli kağızlar və birjalar Komissiyasına (SEC) açıqlamayıb. Bu barədə, tənzimləyicinin Nyu-York məhkəməsinə məktubunda deyilir.

Sənəddə bildirilir ki, “Telegram” bank əməliyyatları ilə bağlı məlumatları təqdim edib, amma vəsaitlərin hara xərcləndiyindən deyil, ancaq əldə edilməsindən danışıb. SEC isə “Telegram”ın bunu qəsdən belə etdiyini düşünür və tələb edir ki, məhkəmə onları açıqlamağa şirkəti vadar etsin.

“Telegram”ın qurucusu Pavel Durov 2020-ci ilin 7 və 8 yanvar tarixlərində Dubayda keçirilməsi nəzərdə tutulan görüşdə şahid qismində çıxış edəcək.

Qeyd edək ki, “Telegram” TON və Gram-ı planlaşdırdığı üzrə 2019-cu ilin 31 oktyabrına kimi buraxmalı idi. Oktyabrda  SEC məhkəmə yolu ilə Gram-ın satışına müvəqqəti qadağa qoyulmasına nail olur: o belə hesab edir ki, şirkət kriptovalyuta satışını qiymətli kağızılarla əməliyyat kimi qeydiyyatdan keçirməli idi, amma o, maddi vəziyyət, biznes və risklər barədə məlumatları gizli saxlayıb.

SEC-in iddiasına görə buraxılış 2020-ci ilin aprelinə kimi təxirə salınmalı olub. Layhə səhmdarlarının əksəriyyəti gözləməyə razı olublar.