ABŞ-ın birjalar və qiymətli kağızlar Komissiyasında (SEC) iki “offshore”zonaya müvəqqəti qanuni təzminat qoyulması barədə xəbər verib. Onların qeydiyyatdan keçirilməmiş tokenlərin ABŞ-da və xaricdə ilkin yerləşdirilməsini həyata keçirdikləri məlum olub.. Bu barədə “Meduza” xəbər verir.
Qeyd edək ki, söhbət, Pavel Durov-un Telegram Group Inc. şirkətindən və onun törəməsi TON Issuer Inc.-dən gedir. Komissiyanın sözlərinə görə, 2018-ci ilin yanvarından bəri onlar Gram kriptovalyutası ilə TON blokçeyn-platformasının yaranmasına səhmdarlardan 1,7 milyard dollardan çox vəsait cəlb ediblər.
Bildirilir ki, ofşor zonalar artıq dünya üzrə 171 alıcıya təxminən 2,9 milyard Gram tokeni satıblar ( həmçinin, ABŞ-da da 39 alıcıya bir milyarddan çox Gram satılıb). SEC-in iddiasında deyilir ki, Telegram 2019-cu ilin 31 dekabrına kimi blokçeyn-platformanı istifadəyə verməli olub.
Komissiyanın şikayətində qeyd edilib ki, TON yaradıcıları satışı və Gram kriptovalyutasının sonrakı dövriyyəsini qeydiyyatdan keçirməyiblər. Bu isə, Amerikada 1933-cü ildən bəri qüvvədə olan qiymətli kağızlarla bağlı qanunun müəddəalarını pozmaq deməkdir.
“Telegram”da hələ ki vəziyyətlə bağlı fikir bildirməyiblər.