Harvard universitetinin araşdırmaçıları yeni sərt kostyum dəsti işləyib hazırlayıblar. O, gəzinti və qaçış zamanı özünüzü daha yüngül hiss etmənizi təmin edir.
The Verge yazır ki, beş kiloqramlıq Exosuit sistemi şortdan və motordan ibarətdir və o, piyada uzaq yol getməli olanlar üçün münasibdir.
Araşdırmaçılara görə, bu sistemin əvvəlki ekzokostyumlardan fərqi ondadır ki, o həm rahat yerişi həm də qaçışı təmin edir.
Exosuit kürəyin aşağı hissəsində yerləşən motorları çoxsaylı ötürücü kabellər vasitəsilə istifadəçinin ombası ilə əlaqələndirərək işləyir. Belə olan halda sistem bud əzələlərinə ayağın qidalanmasında kömək edir. Bütün qurğu beldə yerləşdirilmiş batareyadan qidalanır və o, təxminən 7 km. məsafəyədək kifayət edir. Kostyum dəstinin ümumi çəkisi 5 kq.dır, lakin həmin komanda hal-hazırda 40% daha yüngül çəkiyə malik bir sistem hazırlayır.
Araşdırmaçılar təsdiqləyirlər ki, qaçış dəhlizində sınaqlar zamanı qaçmağa və yeriməyə gedən enerji müvafiq olaraq 4% və 9,3% azalıb.
Piyada uzaq yol qət etməli olan insanlara köməkdən başqa, komanda ümid edir ki, sistem nə vaxtsa ayaqdan əlilliyi olan istənilən bir insana kömək edə biləcək. Qadgetdən tez-tez on kiloqramlarla silah-sursat daşımalı olan hərbi qulluqçular da istifadə edə bilərlər.
Exosuit-in məhdudiyyətləri də var. Sistem xüsusilə də kürəyin aşağısında çox kobud görünür, daha doğrusu onu daşıyanın iri bel çantası taxmasına mane olur. Sistem kişi yerişi tərzinə uyğun hazırlanıb və hal-hazırda qadınlar üçün də yeni versiyaları işlənir.