ABŞ-da restoran biznesi ilə məşğul olan Azərbaycanlı xanım

Date:

Paylaş:

Deyir ki, ailə qurub Amerikaya gələndə, atası çox narahat idi: “Mənə bərk-bərk tapşırdı ki, milli kimliyimi, bu xalqın bir parçası olduğumu heç vaxt unutmayım. Və həm də getdiyim yerdə balaca bir Azərbaycan olum”.

Atası Xanlar Bayramov tədqiqatçı jurnalist, publisist olub. Uzun illər AzTV-də çalışıb. Bir sıra – “Cümhuriyyət generalları”, “Rəfibəylilər”, “Gəncə üsyanı” sənədli filmlərin ssenarisini yazıb, ərsəyə gətirib.

Ömür-gün yoldaşı İmran Cavadov 1971-ci ildə Bakıda doğulub. 1988-ci ildə 138 nömrəli orta məktəbi bitirib. 1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnistitutunda ali təhsil alaraq, “İstehsalatın idarə olunması üzrə menecer” ixtisasına yiyələnib. Bir müddət bizneslə məşğul olub. 1998-ci ildən Amerikada yaşayır. 2002-ci ildə Lalə xanımla ailə qurublar. Elmar adında oğulları, Elmira adında qızları var.

Haqqında söbət açdığım Lalə Bayramova (Cavadova) sözün əsl mənasında çox möhtəşəm xanımdır. Öz haqqında danışmağı sevməsə də, çətinliklə olsa da müəyyən məlumatları götürə bildim.

2002-ci ildə ailə qurub Amerikaya gələnədək Maliyə-kredit kollecini bitirib. Bir müddət Baş Dəmiryol İdarəsinin kadrlar şöbəsində çalışıb. Hazırda Kaliforniya ştatının San Dieqo şəhərində yaşayır.

Həyat yoldaşı ilə birlikdə restoran biznesi ilə məşğuldurlar. San Dieqoda iki restoranları var. Hər ikisinin də adı “Cafe 21” adlanır. Həmin restoranlarda 100-ə yaxın insan çalışır. Bəli, onun bütün fəaliyyəti bu restoranlarla bağlıdır. Şəhərdə ən yaxşı restoranlar olduğu üçün adı tez-tez qəzetlərin səhifələrinə çıxır, Lalə xanımın haqqında gözəl sözlər yazılır. “Reader”, “Union Tribune”, “Edible San Diego”, “City Lights”, “Uptown News” qəzetləri bu sıradadır.

Evi sanki balaca bir Azərbaycandır. İndiyədək bu evdə neçə-neçə soydaşımıza yaşamaq üçün yer verib, neçə-neçə azərbaycanlı tələbə burada təmənnasız yaşayıb.

Restoranın menyusu əsasən Kaliforniya və Azərbaycan milli yeməklərindən ibarətdir. Tez-tez Azərbaycan gecələri keçirir, həmin günlər ancaq Azərbaycan xörəkləri təqdim olunur. Amerikalı müştərilər burada 10-na yaxın milli xörəyimzdən dada bilirlər. Bundan əlavə, o, Azərbaycan mətbəxinin təamları haqqında kitab üzərində çalışır. Dediyinə görə, yaxın zamanlarda oxucuların ixtiyarına verəcək.

Azərbaycana hər gedəndə özüylə nüfuzlu amerikalı ziyalılarından bir-ikisini də qonaq aparır. Onları ölkəmizin görməli yerlərini gəzdirib, tanış edir. Vətənimizi sevdirməyə çalışır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində 300 nəfərlik yemək hazırlatdıraraq, Los Anclesdə keçirilən tədbirdə milli mətbəximizin təamlarını iştirakçılara təqdim edib. Ümumiyyətlə, San Dieqoda Azərbaycanla bağlı elə bir tədbir olmayıb ki, orada Lalə xanımın xidməti olmasın.

Deyir ki, “Mənim ömrümdə iki insanın böyük rolu olub. Atam Xanlar Bayramov və ömür-gün yoldaşım İmran Cavadovun. Hər ikisinə son nəfəsimədək borcluyam”/modern.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...