ABŞ-da məhsulların dronlar vasitəsilə çatdırılması mümkün olacaq

Date:

Paylaş:

Alphabet holdinqə məxsus Wing şirkəti məhsulların dronlar vasitəsilə çatdırılmasına başlayıb. Xidmət hələ ki, Virciniya ştatının kiçik bir şəhərində işləyir. Lakin bu pilot layihəsinin uğurlu olacağı təqdirdə şirkət onu bütün ölkə üzrə işlək vəziyyətə gətirəcək.

Ümumi əhali sayı 22 500 olan həmin şəhərin sakinləri ərzaq, şirniyyat və reseptsiz dərmanlar sifariş edə biləcəklər – bütövlükdə təxminən 100 adda məhsul çatdırılması mümkündür. Bundan başqa, dronlar yerli FedEx bölməsindən kiçik bağlamalar da daşıyırlar.

Sifariş üçün xüsusi tətbiqdən istifadə kifayətdir. Şirkət söz verir ki, məhsul on dəqiqə ərzində çatdırılacaq.

Wing dronları vertikal uçuş və eniş imkanı ilə 14 rotorlu pilotsuz aparata (maşının, motorun fırlanan hissəsi) malikdirlər. Onlar 1,5 kq. yüklə saatda 100 km. sürət götürə  və 5,6 km məsafəyə kimi uça bilirlər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...