Əsas səhifə Biznes ABŞ-da kiçik biznes mühiti

ABŞ-da kiçik biznes mühiti

1767
Paylaş
kiçik biznes kicik biznes qurmaq

Kiçik biznes qurmaq ilk baxışdan asan görünsə də, təcrübə göstərir ki, bunun üçün yetərincə işləmək, böyük səbr və inadkarlıq tələb olunur. Bəzi ölkələrdə, o cümlədən ABŞ-da kiçik biznesin ümumi iqtisadiyyatda və əmək bazarında böyük payı var. ABŞ-da kiçik bizneslə bağlı statistika bu sahədəki vəziyyətlə yanaşı, həm də ümumilikdə kiçik biznesin imkanlarını da əks etdirir.

kiçik biznes kicik biznes qurmaq

ABŞ-da kiçik bizneslə bağlı 10 ən maraqlı statistikanı diqqətinizə çatdırırıq:

1. Hazırda ABŞ-da 28 milyon kiçik biznes müəssisəsi var ki, onlardan 22 milyonunun cəmi  1 işçisi var. Yəni bu müəssisələrin işçisi olmur və yalnız bir şəxs tərəfindən idarə olunurlar.

2. ABŞ-da işçi qüvvəsinin 50%-dən çoxu (120 milyon nəfər) kiçik biznes müəssisələrində çalışırlar.

3. ABŞ-da hər ay orta hesabla, 543 min kiçik biznes müəssisələri yaradılır.

4. Hər 10 yeni firmadan 7-si azı 2 il, yarısı azı 5 il, 3-ü isə azı 10 il fəaliyyətini qoruyub saxlaya bilir. Belə müəssisələrdən dörddə biri isə bazarda ən az 15 il qalmağı bacarır.

5. Kiçik bizneslərdən 52%-i şəxsi evlərdən idarə olunur.

6. ABŞ kiçik biznes müəssisələrinin 62%-i öz qazanclarının 4% və daha artıq hissəsini marketinq xərclərinə sərf edirlər.

7. ABŞ-dakı belə müəsisələrdən 56%-i həm ənənəvi həm də digital marketinq üsullarından birlikdə istifadə edirlər.

8. 80% müəssisə sosial mediadan istifadə edir.

9. ABŞ-ın kiçik biznes şirkət sahiblərinin 63%-i düşünür ki, təqaüd gəlirlərini stimullaşdırmaq lazımdır.  Yəni onlar hesab edirlər ki, öz vəzifə müddətlərini başa vuran işçilər maddi cəhətdən artıq təqaüdə hazır olmalıdırlar.

10. Belə şirkətlərin 34%-i isə öz işçilərinə təqaüdə hazırlıq müddətində kömək edirlər. Yəni təqaüd yaşına çatana kimi insanlar nəzərdə tutulan krediti toplamalıdırlar. ABŞ-da bunun üçün 40 kredit toplanmalıdır (10 illik əmək stajı).

Maraqlı ola bilər: Kiçik biznes qurmağın yolları

©fins.az