Kiçik biznes qurmaq ilk baxışdan asan görünsə də, təcrübə göstərir ki, bunun üçün yetərincə işləmək, böyük səbr və inadkarlıq tələb olunur. Bəzi ölkələrdə, o cümlədən ABŞ-da kiçik biznesin ümumi iqtisadiyyatda və əmək bazarında böyük payı var. ABŞ-da kiçik bizneslə bağlı statistika bu sahədəki vəziyyətlə yanaşı, həm də ümumilikdə kiçik biznesin imkanlarını da əks etdirir.
ABŞ-da kiçik bizneslə bağlı 10 ən maraqlı statistikanı diqqətinizə çatdırırıq:
1. Hazırda ABŞ-da 28 milyon kiçik biznes müəssisəsi var ki, onlardan 22 milyonunun cəmi 1 işçisi var. Yəni bu müəssisələrin işçisi olmur və yalnız bir şəxs tərəfindən idarə olunurlar.
2. ABŞ-da işçi qüvvəsinin 50%-dən çoxu (120 milyon nəfər) kiçik biznes müəssisələrində çalışırlar.
3. ABŞ-da hər ay orta hesabla, 543 min kiçik biznes müəssisələri yaradılır.
4. Hər 10 yeni firmadan 7-si azı 2 il, yarısı azı 5 il, 3-ü isə azı 10 il fəaliyyətini qoruyub saxlaya bilir. Belə müəssisələrdən dörddə biri isə bazarda ən az 15 il qalmağı bacarır.
5. Kiçik bizneslərdən 52%-i şəxsi evlərdən idarə olunur.
6. ABŞ kiçik biznes müəssisələrinin 62%-i öz qazanclarının 4% və daha artıq hissəsini marketinq xərclərinə sərf edirlər.
7. ABŞ-dakı belə müəsisələrdən 56%-i həm ənənəvi həm də digital marketinq üsullarından birlikdə istifadə edirlər.
8. 80% müəssisə sosial mediadan istifadə edir.
9. ABŞ-ın kiçik biznes şirkət sahiblərinin 63%-i düşünür ki, təqaüd gəlirlərini stimullaşdırmaq lazımdır. Yəni onlar hesab edirlər ki, öz vəzifə müddətlərini başa vuran işçilər maddi cəhətdən artıq təqaüdə hazır olmalıdırlar.
10. Belə şirkətlərin 34%-i isə öz işçilərinə təqaüdə hazırlıq müddətində kömək edirlər. Yəni təqaüd yaşına çatana kimi insanlar nəzərdə tutulan krediti toplamalıdırlar. ABŞ-da bunun üçün 40 kredit toplanmalıdır (10 illik əmək stajı).
Maraqlı ola bilər: Kiçik biznes qurmağın yolları
©fins.az