ABŞ-da fəaliyyət göstərən Azərbaycan startapı 10 mln. dollar investisiya cəlb edəcək

Date:

Paylaş:

Azərbaycanın ABŞ bazarında fəaliyyət göstərən IOWNIT startap layihəsi 10 mln. dollar investisiya cəlb edəcək. Bunu layihənin həmtəsisçi Həmid Qayıbov deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan məbləğdən artıq 4,5 mln. dolları cəlb edilib və bu vəsait hesabına maliyyə resurslarını cəlb etməyə imkan verən vahid platforma yaradılıb.

“Bizim layihə hazırda ABŞ-da yeganə layihədir ki, özəl şirkətlərə vahid platforma üzərindən maliyyə resurslarını cəlb etməyə imkan yaradır. Burada söhbət nəhəng şirkətlərin qiymətli kağızların Nyu-York birjasında satışından getmir. Bu tip birjaların fəaliyyəti artıq elektronlaşdırılıb. Özəl sektorda isə aksiyaların satışı köhnə üsulla – elektron poçt, kağız daşıyıcı vasitəsilə, brokerlər və ya vasitəçilər tərəfindən həyata keçirilir. Hazırda ABŞ-da özəl investisiya bazarının illik həcmi 1,5 trln. dollar təşkil edir. Bizim layihə bu nəhəng bazarı vahid platformaya cəlb etməklə, özəl sektorda fəaliyyət göstərən şirkətlərin birja vasitəsilə aksiyaların satışına imkan yaradır”, – deyə H. Qayıbov bildirib.

Layihənin həmtəsisçisi onu da qeyd edib ki, yaxın 3 ay ərzində IOWNIT startapı ABŞ-ın Qiymətli Kağızlar Komissiyasından müvafiq lisenziya almağı planlaşdır, bu da sözügedən layihə üçün Amerika bazarında geniş imkanlar yaradacaq.

“Azərbaycan bazarına gəldikdə, onu deyə bilərəm ki, bizim həll ölkədə maliyyə resurslarının iqtisadiyyata yönəldilməsində vacib rol oynaya bilər. Bizdə olan məlumata görə, ölkədə təqribən 10 mlrd. manat iqtisadiyyatda iştirak etmir. Söhbət bank sistemindən kənar nağd şəkildə saxlanılan vəsaitlərdən gedir. Onlar investisiya olunmur, yeni iş yerlərinin yaradılmasında iştirak etmir. Bu platforma vasitəsilə dövlət özəl sektoru müxtəlif layihələrə cəlb edə bilər. İnvestorlar bu platforma üzərindən layihələr barədə məlumat ala bilər, layihədə olan payını sata bilər və s. IOWNIT platforması xarici investorların cəlb edilməsinə də böyük rol oynaya bilər. Platformanın “blockchain” üzərindən işləməsi isə vergi orqanları qarşısında şəffaflığını təmin edir”, – deyə H. Qayıbov qeyd edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...