ABŞ-da 100 milyonluq layihələrlə çalışan həmyerlimiz

Date:

Paylaş:

Nərmin Baazova yəhudi mənşəli Azərbaycanlıdır. Hazırda ABŞ-ın Nyu York şəhərində ailəsi ilə birlikdə yaşayır.

O, Bakı şəhərində anadan olub. Orta təhsilin 1-9-cu sininflərini 23 nömrəli orta məktəbdə oxuyub. 10-11-ci sinifləri isə, “Vaad L’Hatzolas” adlı yəhudi məktəbində oxuyub. Orta məktəbi 2008-ci ildə bitirdikdən sonra, ali təhsilini Maliyyə və Kredit ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirib. ABŞ-da qohumları yaşadığından hər il bu ölkəni ziyarət edirdi. 2012-ci ildə universiteti bitirdikdən sonra, ailəsi ilə birlikdə ABŞ-ın Nyu York şəhərinə köçüb.

Azərbaycanda iş təcrübəsinin olmamasına baxmayaraq, ABŞ-a köçəndən sonra böyük iş təcrübəsi qazanıb. Əmək fəaliyyətinə mühasib köməkçisi kimi başlayıb. Daha sonra, 2014-cü ilin aprel ayından 2015-ci ilin dekabr ayına kimi “İnvestors Bank”da maliyyə xidmətləri üzrə nümayəndə kimi çalışmışdır. Bankda işlədiyi ilk 6 ay ərzində “İnvestors Bank”ın təkcə Nyu York ştatında deyil, bankın bütün ölkə üzrə filialları arasında müştərilər tərəfindən onun xidməti ən yüksək balla qiymətləndirilmişdir.

 

Nərmin xanım işləməklə yanaşı təhsilə də böyük önəm verir və 2013-2015-ci illərdə ABŞ-ın məşhur universiteti olan Kolumbiya Universitetində Bankçılıq və Maliyyə üzrə MBA təhsili almışdır. O, MBA təhsilini başa vurduqdan sonra, ABŞ-ın San Fransisko şəhərində “İndexBox” şirkətində 3 ilə yaxın Müştərilərlə Əlaqələr üzrə Menecer vəzifəsində çalışmışdır. 2019-cu ilin fevral ayından “Global İnvestment Projects”də İnvestisiya Layihələri üzrə Menecer vəzifəsində çalışır.

– Nərmin xanım, hazırda gördüyünüz iş haqqında məlumat verə bilərsiniz?

İşimin əsas vəzifəsi investorlarla investisiya proyekti rəhbərlərini bir araya gətirməkdir. Qeyd etdiyim kimi, mən 100 milyon dollardan başlayan böyük beynəlxalq proyektlərlə çalışıram (əsasən, ABŞ və Avropa) və işimin qarşılığında komisyon haqq alıram. İşimin digər hissəsi isə, müştərilərimin (fərdi və ya şirkət) maliyyə portfelini idarə etməkdir. Digər investisiya analitiklərinin məsləhəti ilə, mən müştərilərim ilə qoyulan investisiya qarşılığında ən yüksək nəticəni əldə etmək  üçün hansı proyekti almaq və ya satmaq məsələlərini müzakirə edirəm. Mən işimdən çox razıyam. Çünki, mən təkcə ofisdə oturaraq deyil, səyahət edərək də işləyə bilirəm.

Hazırda, mən Bakıdayam və burada olmaqdan çox məmnunam. Mən Azərbaycanın böyük layihələri ilə çalışmaq və əsasən də, xarici investorları Azərbaycandakı proyektlərə investisiya etməyə təşviq etmək istərdim.

– ABŞ-a gəlib yaşamaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz? Nyu Yorkda yaşamaq çətin deyil?

Uzun müddət yaşadığın yeri tərk etmək çox maraqlı təcrübədir və bu zaman siz qorxularınızla qarşılaşırsınız. Lakin, Amerika həyatı hər kəsi qorxularının öhdəsindən gəlməyə, özünə inanmağa və məqsədli şəkildə arzularına doğru getmək imkanlarını təqdim edir. Düşünürəm ki, ABŞ-da əsasən də Nyu Yorkda yaşamaq asan deyil. ABŞ-da təcrübəsi və bacarığı az olan insanlar adi işlərdə işləyib yaxşı qazana bilmirlər. Yalnız, təhsilli, əsasən beynəlxalq səviyyədə tanınan diplomu olanlar, ingilis dilində yüksək səviyyədə danışmağı bacaran insanların ABŞ-da uğur qazanmaq şansları daha çoxdur. Mən dünyanın bir çox ölkəsinə səyahət edirəm və bu nəticəyə gəlmişəm ki, Nyu York dünyada ən bahalı şəhərdir. Lakin, şəhər bahalı olsa da, burada imkanlar da çoxdur. Bu şəhərdə qazanacağınız bacarıqlar həyatı boyu sizə lazım olacaq. \ moneta.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...