Əsas səhifə Məqalələr Marketinq ABŞ Apple hüquqşünasını insayder ticarətində günahlandırıb

ABŞ Apple hüquqşünasını insayder ticarətində günahlandırıb

106
Paylaş

ABŞ hökuməti Apple-ın keçmiş hüquqşünası Gene Levoff-u insayder ticarətində günahlandırıb: guya o, şirkətin səhmləri ilə ticarətdə daxili korporativ məlumatdan istifadə edib. Bu barədə CNBC yazır.

İddiaya görə, Levoff  2011-2016-cı illərdə qeyri-qanuni əməliyyatlar keçirib. Məsələn, Apple rüb ərzində yaxşı maliyyə nəticələri göstərəndə  hüquqşünas şirkət səhmlərini alır. Xəbər bazarda çıxan kimi o pulları özünə gəlir əldə etmək üçün satır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Levoff ümumilikdə 227 min dollar qazana və 377 min dollar itkidən qaça bilib.

2019-cu ilin fevralında ABŞ-ın qiymətli kağızlar və birjalar Komissiyası Levoff-a qarşı iddia irəli sürür. Apple isə rəy bildirməkdən imtina edib.