Abdurrahman Kaan: “Güclü dövlət xadimlərinin yanında güclü iş adamları olacağıq”

1
731

“Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) qarşısına qoyduğu məqsədlərə çatır. Biz Azərbaycan və Türkiyə iş adamları olaraq, dünya bazarlarına sərbəst çıxa bilirik. Düşünürəm ki, güclü dövlət xadimlərinin yanında güclü iş adamları olacağıq. Bu gün iki qardaş ölkənin iş adamları birgə layihələr həyata keçirir, sərmayələr yatırır, dünya bazırında ticarət aparır. Bu, bizim uğurumuzdur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri MÜSİAD-ın prezidenti Abdurrahman Kaan dərnəyin Gürcüstan şöbəsinin açılışında söyləyib.

O deyib ki, bu şöbə Azərbaycan, Türkiyə və Gürcüstan iş adamlarının möhkən birliyini yaradacaq, hər üç ölkənin iqtisadi inkişafına, dünya bazarlarına sərbəst çıxışına köməklik göstərəcək. Cənubi Qafqazda iqtisadiyyatın inkişafına, investisiya imkanlarının artırılmasına və ticarət dövriyyəsinin genişlənməsinə zəmin yaradacaq.

MÜSİAD-in Azərbaycanda görəcəyi işlərə toxunan A.Kaan deyib: “Azərbaycan Prezidenti İlham Əliyev ölkədə turizm və kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması ilə bağlı iş adamları qarşısında konkret tapşırıqlar qoyub. Biz də qardaş ölkənin iqtisadi inkişafı, turizm potensialının artırılması və dünya bazarına maneəsiz çıxışına yardım etmək, eləcə də Azərbaycan iqtisadiyyatına xarici investorları cəlb etmək üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik”.

Qeyd edək ki, MÜSİAD-ın dünyanın 73 ölkəsində 196 şöbəsi fəaliyyət göstərir.

1 COMMENT

  1. Nicely… to be absolutely genuine, My partner and i had not been hoping to stumble upon this kind of data accidentally, as I did, because I recently came across your blog article whilst I used to be the truth is running looking throughout AOL, looking for some thing very close up however, not a similar… On the other hand at this time I will be over happy for being here and also I want to bring that the insight is extremely intriguing even though a little bit controversial to the recognized… I’d personally say it’s as much as discussion… but I’m frightened to cause you to an opponent, ha, ha, ha… However, for those who like to dicuss at length over it, you need to response to my remark and also I will always sign up so that I’ll be informed and are available back again for much more… Your current hopeful friend