Dünyanın ən zənginləri siyahısında bəzən Warren Bufett və Bill Gatesin qarşısında birincilikdə gördüyümüz Amancio Ortega bu adlar qədər mediada aktiv olmasa da 77 milyard dollarlıq bir sərvətin sahibidir
Inditex holdinqə daxil olan Zara, Massimo Dutt və Pull & Bear kimi geyim markalarının sahibi olan Ortega, 100-dən çox ölkədə təxminən 7000 pərakəndə mağazasıyla təkcə keçən il 20 milyard dollarlıq gəlir əldə edib.
Orteganın müəssisə qanunları və müvəffəqiyyət sirləri sahibkarlara yol göstərmək üçün ən yaxşı məsləhətlər ola bilər.
1. Sürət hər şeydir
Ortega 1975-ci ildə Zaranı yaradanda bazardakı hər kəsdən daha sürətli yeni geyimlər təqdim edərək pərakəndə geyim dünyasını aqressiv bir proqramla sarsıtdı. CNBCdə olan bir yazıya görə “sürətli moda” adlandırılan Orteganın strategiyası Zara mağazalarındakı anbarları həftədə iki dəfə yeniləmək və 48 saat içində sifariş almağı ehtiva edirdi.
Bu sürət Orteganın işində özəl bir xüsusiyyət idi amma rəqiblər üçün zəiflik nöqtəsi oldu.
2. Müştərilərinizin nə istədikləri mövzusuna diqqət
Inditex’in 2009-cu ildəki illik hesabatında “İş modelini hər zaman müştəri istiqamətləndirir” deyən və bu şüara möhkəm bağlı qalan Ortega, “Müştərilər, həm yaratdığımız moda kolleksiyaları həm də mağazalarımızın, məntiqi sistemimizin və digər fəaliyyətlərimizin dizaynında əsas diqqət nöqtəmiz olmalıdır” deyə ifadə edir. Ortega’ya görə bir çox böyük şirkət müştəri yönümlü olduğunu söyləsə də əslində rəqiblərinin etdiklərinə görə hərəkət edir.
3. Təchizatlara nəzarət edin
Bir çox moda şirkəti məhsullarını işçi xərclərinin daha çox aşağı olması səbəbiylə Çində istehsal edirlər. Inditex isə məhsullarının çoxunu İspaniya, Portuqaliya və Mərakeşdə istehsal edir. Daha qısa olan tədarük zənciri sayəsində şirkət yeni trendlerə daha tez cavab verə bilir və mağaza ehtiyatları ən yeni moda məhsulları ilə daha erkən görüşür.
4. Keçmişinizi unutmayın
Amancio Ortega haqqında yazdığımız məqaləni oxumusunuzsa onun kasıbçılıqdan milyarderliyə gedən həyat yolunun olduğunu bilirsiniz. Atası dəmiryolu işçisi, anası isə evdar qadın olan Ortega pul qazanmaq üçün 14 yaşından məktəbi buraxıb və çətinliklər içində böyüyüb.
Ortega təvazökar olaraq keçmişinə həmişə bağlı qalır. Telegraphın xəbərinə görə heç zaman özünə aid bir ofisi olmayıb. Fabrikdə dizaynerlər, parça mütəxəssisləri və adi işçilərlə birlikdə və daim ünsiyyət quraraq işləməyi sevir. 80 yaşında olmasına baxmayaraq çox vaxt ofisə gedir və çalışmaqdan, yeni fikirlər eşitməkdən yorulmur.
5. Daim yeniliklər yaradın
Ortega “Özünüzə edəcəyiniz ən pis şey öz vəziyyətinizdən məmnun olmağınızdır. Heç kim uğura zəmanət verə bilməz “deyir. Ortega əldə etdikləri ilə kifayətlənməyən və daha yaxşısını etmək üçün hər zaman çalışan, yeniliklər gətirmək üçün mübarizə edən və ətrafındakı şəxslərə də bunu tövsiyyə edən bir insandır.
‘Böyüməsəniz və yeniliklər gətirməsəniz kiçilib yox ola bilərsiniz’ deyən Ortega, yeniliklər gətirmək istəyirsinizsə itirməkdən qorxmayın deyir.