Qazax əsilli iş qadını Qoqa, onun 20 milyard dollar sərvəti var

0
3134

Qoqa Aşkenazi — Qazax əsilli iş qadını. “MunaiGaz” neft-qaz şirkətinin sahibi.

Həyatı

Qoqa Aşkenazi 1 fevral 1980-ci ildə Qazaxıstanın Cambul vilayətinin Taraz şəhərində anadan olmuşdur.

Onun atası Erkin Zeynullayeviç karyerasına meliorasiya sistemində adi mühəndis kimi işə başlasa da, tez bir zamanda Sovet sisteminin pilləkənlərində sürətlə yuxarı qalxmağı bacarmışdır. Bir müddət Kommunist Partiyasının sənaye və ticarət şöbəsi üzrə regional komitəsindən birinə rəhbərlik etdikdən sonra yoldaşları onu Mərkəzi Komitənin tərkibinə seçirlər. Qeyd edək ki, Erkinin yüksəlməsində şəhər partiya komitəsinin ikinci katibi olan atasının rolu heç də az olmur. Bundan sonra ailə Moskvaya köçür.

Xaricdə

Ailəsi Moskvaya köçdüyü zaman Qoqanın 10 yaşı var idi. 13 yaşında ikən o, İngiltərəyə – qapalı məktəbdə oxumağa göndərilir. Əvvəlcə Buksvud məktəbində, daha sonra isə Stou məktəbində təhsil alır.

16 yaşında o, Oksford Universitetinin Somervil kollecinə qəbul olunur. Orada tarix və iqtisadiyyat dərsləri alır. Bu arada Qoqanın anası Saule Aralbayeva qızının Böyük Britaniyanın elitar cəmiyyətinə düşmək üçün əlindən gələni edir. Onun investisiyası uğurlu alınır. Sonralar o, qızları ilə bərabər Londonda varlıların məhəlləsində yaşayır. Əri Erkin isə Qazaxıstan senatının məsəhətçisi vəzifəsində işləyir. Bununla bərabər ölkənin sosial-demokrat partiyası olan “Aul”ın mərkəzi aparatına rəhbərlik edir.

Şəxsi həyatı

Qoqa ilk dəfə 18 yaşında ailə qurmuşdur. Onun ilk əri Qırğızıstanın prezidenti Əsgər Akayevin oğlu, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyənin birinci əri Aydar Akayev olur. Onların evliliyi 1998-ci ildə baş tutur; lakin ictimailəşdirilmir. Ona görə də bu haqda heç bir rəsmi məlumat yoxdur. Sənədlərdə isə Aydar Akayevin birinci arvadı kimi Nursultan Nazarbayevin qızı Aliyə göstərilmişdir.

Aydar Akayevlə ayrıldıqdan sonra müsəlman, yəhudi Lacivərd sahillərində bahalı yaxtalarda ayrı kişilərlə görünməyə başlayır. Hindistanın varlı ailələrindən birinin oğlu olan, elektronika nəhəngi “Binatone” Dino Lalvani ilə sevgi macərası yaşayır. Sonra “Formula 1” yarışlarının təşkilatçısı, italiyalı milyarder Flavio Briatore ilə eşq yaşayır. Xarici mətbuatın iddiasına görə o, Briatoreni Nursultan Nazarbayevin qızı olması ilə aldadır. Həqiqəti öyrəndikdən sonra isə Briatore qızı yanından uzaqlaşdırır. Amma qazax qızı istəyinə nail olmuşdu. Bu münasibət sayəsində dünyaya tanınır, Amerika, Avstraliya milyarderləri onun arxasınca düşməyə başlayır.

Müəyyən müddətdən sonra Qoqa amerikalı yəhudi milyarder, 5 ulduzlu “L’Ermitage Beverly Hills” otellər şəbəkəsinin sahibi Stefan Aşkenazi ilə tanış olur. Qısa müddətdən sonra onlar evlənməyə qərar verirlər. Beləliklə Qauxar Berkaliyeva Qoqa Aşkenaziyə çevrilir. Toy mərasimi 2004-cü ilin sonu 2005-ci ilin əvvəlində baş tutur. Aşkenazilər otellərin idarəçiliyini oğullarına həvalə edirlər. Amma orada Qoqanın tələblərinə cavab verə biləcək məbləğdə pul olmur. Buna görə də Stefandan ayrılır. Amma boşandıqdan sonra da Aşkenazi soyadını saxlayır.

2005-ci ildə hələ Stefan ilə evli ikən Qoqa, Nursultan Nazarbayevin kürəkəni, milyarder Timur Kulibaevlə tanış olur və onların məcara dolu sevgi münasibətləri başlayır. Timur ailəsini qoruyub saxlamağı bacarsa da Qoqa uzun sürən prosesdən sonra otel biznesinin varisi ilə boşanır. Bundan sonra məşuqların münasibətləri daha da irəlilədir. Hətta 2007-ci ildə Timurla Dinara Nazarbayeva Türkiyədə istirahətdəykən Qoqa yaxtası ilə ora gedərək onlara yaxın bir yerdə yerləşir. Bir müddət sonra Qoqanın Qazaxıstan Prezidentinin kürəkənindən qeyri-qanuni uşağı dünyaya gəlir. Onun adı Adamdır. Qoqa hamiləykən Timur ona Florensiyadakı XV əsrə aid, Makiavelli ailəsi tərəfindən tikilmiş 28 otaqlı Villa Mangiacanne malikanəsini kirayələyir. Kürəkəninin məcarasından bezən Nursultan Nazarbayev onu cəzalandırır. Amma Timur Qoqadan olan uşağından imtina etməklə Nazarbayevlərin etimadını yenidən qazanır. Timur həyat yoldaşını və qaynatasını əmin edir ki, Qoqanın uşağı ondan deyil. Buna sübut kimi hətta DNT test sənədlərini də göstərir. Lakin bəzi iddialara görə rəsmiləşdirilmədə Adam Timur Kulibaevin oğlu kimi göstərilib.

Bir qayda olaraq varlı və məşhur kişilərlə münasibət quran Qoqanın məşuqları arasında şahzadə, lord, televiziya maqnatı da var. Flavio Briatore və Timur Kulibaevdən başqa onun York hersoqu şahzadə Endryu, “Fiat” konserninini varisi Lapo Elkan, milyarder Natom Rotşild, milyonçi Nikom Kendi, lord Edvard Spensor-Çerçil, eləcə də televiziya maqnatı Dino Lalvani ilə münasibətləri olub.

Sərvəti

Qoqa hazırda əsas gəlirlərini Qazaxıstandan əldə edir. Ona bütün bu imkanları Timur Kulibaev yaradıb. Məhz onun sayəsində Qoqa Qazaxıstandan 20 milyard dollar vəsaiti çıxararaq Avropada daşınmaz əmlaka və bankalara yatırıb. Bundan əlavə, Qoqa “Kazmynayqaz”ın törəməsi olan, neft-qaz kəmərlərinin tikintisi ilə məşğul olan “MunaiGaz Engineering” şirkətinin London ofisinin baş direktorudur. Həmçinin o, investisiya şirkəti olan “MMG Qlobal Konsaltinq Qrupp”un direktorudur. “Vionnet” moda evinin səhmlərinin sahibidir. Həmçinin Kulibaevlərə məxsus “Altın almas”ın səhmlərinin 5 faizinin və “Kazturboremont”un səhmlərinin 5 faizinin sahibi də Qoqadır. Bunlardan başqa Timurun 2 milyard dollarlıq sərvətində Qoqanın payı 400 milyon dollar təşkil edir.

Dini baxışları

Qoqanın atası müsəlman, anası isə yəhudidir. Özü uşaqlıqda xəstələndiyi zaman xaç suyuna salınsa da, hazırda buddizmə sitayiş edir.