İsveçrənin bu kəndinə köçənlərə 120 min manat veriləcək

0
1225

İsveçrənin Valais kantonunun Albinen kəndində yaşayan əhalinin sayını artırmaq üçün bura köçənlərə 70 min frank (120 min AZN – red.) verilməsi nəzərdə tutulur.

Kənd sakinləri bununla bağlı 30 noyabrda referendum keçirəcək.

Seçkidə “hə” cavabı çıxarsa, sözügedən məbləği almaq istəyən şəxs Albinendə 10 il yaşamalı olacaq. Bundan əlavə, bura köçmək istəyən ailənin tərkibi azı 4 nəfərdən ibarət olmalıdır. Eyni zamanda müraciət edən şəxs 45 yaşından gənc olmalı, Albinendə 200 min frank (346 min 340 AZN – red.) dəyərində mülk almalıdır.

Qeyd edək ki, hazırda kənddə 240 nəfər yaşayır.

© Sey-yah.com