Cozef Safra: Dünyanın ən varlı bankiri

3
930

Keçən il braziliyalı oliqarx olam Cozef Safra-nın sərvəti 15,7 milyard dollara çatdı. Bununla da, məşhur ticarət sülaləsinin 4-cü nəslinin nümayəndəsi dünyanın ən varlı bankiri adına sahib oldu.

Cozef Safra-nın maliyyə imperiyasını əsasını ilk növbədə Banco Safra (Braziliya), J.Safra Sarasin (İsveçrə) və Safra National Bank of New York (ABŞ) bankları təşkil edir. Bundan əlavə, braziliyalı milyarder bütün dünya üzrə çox sayda daşınmaz əmlak nümunəsinə sahibdir. Ümumilikdə Safra Group-un strukturlarının nəzarəti altında minimum 200 milyard dollar vardır.

Safra-nın maliyyə biznesinin tənqidçiləri belə iddia edirlər ki, tam xidmət spektrı təqdim edən beynəlxalq banklarla müqayisədə Safra Group-un müstəqil bankları daha az rəqabətə davamlılığa malikdirlər. 5 il əvvəl bu qrupların nümayəndələri bu ittihamlara cavab vermişdilər. Onlar bildirmişdilər ki, Banco Safra bankının müstəqilliyi saxlanılacaq. Bununla da, biznes əvvəllər olduğu kimi Safra ailəsinə mənsub olacaq. Məşhur ailə isə öz növbəsində biznesini qlobal strukturlara satmağı planlaşdırmır.

Cozef Safra haqqında bir sıra maraqlı faktlar mövcuddur:

Cozef Safra uzun illər burada yaşamasına baxmayaraq Braziliyanı öz vətəni hesab etmir. O heç də həmişə braziliyalılar üçün doğma dil olan portuqal dilində danışmır və bunun əvəzində ərəb, ivrit, ingilis, ispan və fransız dillərində danışır. Safra sərt rəhbər kimi tanınsa da, çox tez-tez yaxşı işləyən əməkdaşların həyat yoldaşlarına zinət əşyaları bağışlayır.

Biznesmen üzgüçülük ilə maraqlanır və gün ərzində 500 m üzür. Nəhəng həcmdə sərvətinə baxmayaraq, Cozef qənaətcil həyat tərzi sürməyə üstünlük verir. O dəfələrlə öz dəbdəbəli evinin San-Pauluda şəhər ətrafında braziliyalı gecəqondularının yanında yerləşməsindən dolayı öz təəssüfün dilə gətirmişdi.

Safra mühafizəçi olaraq İsrailin Mossad xüsusi xidmətində təhsil almış braziliyalıları işə götürməyə üstünlük verir. O adətən şəhər ətrafında ofisə gəlmək üçün vertolyotdan istifadə edir. Bankirin fikrincə, bu onun cinayətkarlar tərəfindən qaçırılma ehtimalını azaldır. Bu milyarder bankir üçün çox vacib çəsələdir. Çünki onun böyük qardaşı Edmon-un ölüm şərtləri hələ də aydınlaşdırılmayıb.

3 COMMENTS