Biznesdə çoxlu sayda istifadəçi qazanmaq üsulu – Gamification

0
765

Sadə dillə desək, gamification – binzes və yaxud hər hansı digər bir ciddi sahənin çoxlu sayda istifadəçi qazanmaq və onları qoruyub saxlamaq məqsədilə oyun sənayesinin mexanizmlərindən istifadə etməsidir.

Son 10 ildə oyunların tərzinin və mövzusunun necə dəyişdiyinə nəzər salın. Onlar daha müxtəlif, daha cəsarətli və daha geniş xarakter almışdır. Oyunlar hazırda daha böyük kütləni özünə cəlb edir və oyun aludəçilərinin sırasında nəinki azyaşlı uşaqlar və yeniyetmələr, hətta orta yaşlı şəxslər də çoxluq təşkil edir. Bununla belə oyun sənayesi hazırda keçmişdə olduğundan daha çox gəlir qazandırır.

Gamification – artıq o qədər də lazımsız olan məhsul, xidmət və yaxud cəhətlərin şüurlu şəkildə alınması üsuludur.

Gamification hansı sahələrdə köməkçi rolunu oynaya bilər? Bu suala konkret olaraq cavab vermək üçün maraq sahənizi və dairənizi öyrənmək mütləqdir.

İstifadəçilərin cəlb edilməsi və davamlılığının təmin edilməsi:

Əksər servislərin açar mövqeli problemi onun dərk edilməsinin qəlizliyidir. İstifadəçi servisini anlamaq üçün istifadəçi müəyyən fəaliyyət prosesindən keçməlidir. Onu necə motivasiya etmək isə hər zaman aydın məsələ deyil. İstifadəçinin məqsədi – nəticədir.

İstifadəçilər üçün nəzərdə tutulmuş gamification özlüyündə oyun prosesi ərzində servisi dərk etməyə yönəlmişdir.

Əməkdaşların qeyri-maddi motivasiya edilməsi:

Yəqin ki bir çoxlarınız motivasiya haqqında RSA Animate çarxını izləmisiniz. Burada söhbət ondan gedir ki, kreativ işçilər üçün maddi motivasiya heç bir əhəmiyyət daşımır. Onlar üçün ilk növbədə özünüinkişaf prosesidir. Əməkdaşlar üçün gamification adətən rutin effektindən çıxmağa kömək etməyə və əlavə dəyərlərin yaradılmasına xidmət edir.

Gamification loyallığın yeni sistemi kimi:

Loyallığın maddi sistemi (endirimlər) öz uyğunsuzluğunu və zərərini nümayiş etdirir. Hər kəsin endirim kartı var, lakin heç kəs heç nə almır, kuponlar ifrat hissi yaradır. Satıcılar üçün isə bu sadəcə itirilən marjadır.

Alıcılar üçün gamification – adətən “böyük tarixin” yaradılmasıdır. Alış-verişin artıq başa çatmasına baxmayaraq, brend ilə münasibət bitmir, uzun və qarşılıqlı dostluq münasibətlərinin və  mütəmadi görüşlərin başlanğıcı ola bilər.