“Bir ildən sonra qiyməti 40 000 dollar ola bilər”

0
888
Bitcoin
Bitcoin

Bu proqnozu “CNBC” telekanalına məşhur investor Mayk Novoqrats (Micke Novogratz) səsləndirib.

Öz sərvətinin 20-30%-nin kriptovalyutalara investisiya edən Novoqrats bitkoini 50 dollar, efiriumu isə 0,30 dollar olarkən alıb. Cari il oktyabrın 10-da bitkoin 5 000 dolalrdan ucuz olarkən, yaxın 6-10 ayda qiymətlərin 10 000 dollara yüksələcəyini proqnozlaşdıran Novoqrats bu dəfə proqnozlarını daha da yüksəldib.

Efiriumun qiymətinin isə 2018-ci ilin sonuna qədər 3 dəfə artacağını ehtimal edən investor, kriptovalyuta bazarına böyük həcmdə pulların axdığını qeyd edib: “Kriptovalyutalar spekulyantların arzusudur, çünki xammaldan fərqli olaraq, onlara tələbat təklifi xeyli üstələyir. Təklif kifayət qədər olmadığı üçün isə qiymətlər kəskin arta bilir. Amma, biz bəzən 50%-dək olan qiymət korreksiyalarına da rast gələcəyik”.

Novoqratsa görə, hazırda 300 mlrd. dollar olan kriptovalyuta bazarının kapitallaşması, 2018-ci ilin sonunda 2 trln. dollara çata bilər.

Xatırladaq ki, hazırda bitkoinin qiyməti 9 900 dollar, efiriumun isə 475 dollar təşkil edir.


© Report