Space X şirkəti 100 milyon dollar investisiya aldı

0
990

Elon Muskın kosmik texnologiya sahəsində fəaliyyət göstərən SpaceX şirkəti, yeni bir investisiya ilə qarşımızdadır. Son bir neçə ay ərzində 351 milyon dollar sərmayə almağa nail olan SpaceX, bu turda 100 milyon dollar da əlavə etdi. SpaceX, 100 milyon dollarlıq sərmayə ilə ümumilikdə 451 milyon dollar sərmayə aldı.

Qiyməti 21,5 milyard dollar

SpaceX şirkətinin mətbuat katibi James Gleesonun bildirdiyinə görə, 100 milyon dollarlıq bir sərmayə, iyul ayında edilən investisiyanın bir hissəsidir. $ 21,2 milyard dəyərində olan şirkət 100 milyon dollarlıq investisiyadan sonra 21,5 milyard dollar dəyərində qiymətləndirilir. SpaceX ümumilikdə indiyə qədər 1,595 milyard dollar investisiya alıb.

Elon Muskin ən maraqlı layihələrindən biri olan SpaceX, may ayında ilk Falcon 9 raketiylə birlikdə ilk peykini göndərdi. 2022-ci ildə Marsa getməyi hədəfləyən SpaceX, gələcəkdə formalaşan şirkətlərin ön sıralarında ola bilər.