İş yerində daha gümrah işləmək üçün 10 tövsiyyə

0
1246

Gün ərzində minlərlə məlumatı analiz edən  beyinin gümrah qalması  çevik qərar verəbilmə, problem həll etmək və stresslə ilə mübarizədə önəmli bir amildir.

Dünya üzərindəki məlumatların 90%-nin son 2-3 ildə yarandığını bilərək beyinin nə qədər çox məlumatla dolduğunu və bunun daha da artacağını öncədən görmək mümkündür. Bir insanın gün ərzində ortalama 2600 dəfədən çox mobil telefona toxunduğunu bilirdinizmi?  Hər zaman əlçatan olmaq, eyni anda çox şeyi düşünüb çox öhdəlikləri icra  etmək və bunları edərkən beynimizdə gedən əməliyyatların çox olması sağlamlıq baxımdan heç də xeyirə əlamət deyil.

Londonda yerləşən Gresham Kolleci professorlarından biri Glenn Wilson-un araşdırmalarına görə çoxlu vəzifə və öhdəliklər  şəxsi performansa hədsiz təsir edir. Araşdırma sadəcə 1 işə adaptasiya olub onu icra edərkən, e-mail-a cavab gözləyəndə belə İQ 10 xal mənfi təsir etdiyini göstərir.

Günümüzdə zehni gücü inkişaf etdirmək daha çətindir

Bədənin gümrahlığı deyilincə ağlımıza idman  etmək yəni bədəni daha çox məşq etdirmək gəlir.
Zehin üçün isə bu tamamilə keçərli deyil.
Bəs zehin gümrahlığı deyiləndə ağlımıza nə gəlməlidir?

Budur işləyənlər üçün 10 tövsiyyə

Günümüzdə yorğun və çox işləyən zehnimiz ciddi stress altında olarkən bu prosesləri yönəldə bilmək, zehini sakitləşdirərək ona qulaq asmaqla mümkündür. Stressi ortaya gətirən ən önəmli faktor isə  intensiv şəkildə işləyərkən yaşanan eyforiyadır. Bu eyforiya bizdə  narahatlıq, qayğı, peşmanlıq, üzüntü və yuxu pozğunluğu yaradır.

Sizə işləyərkən zehni gümrahlığı artırmaq üçün işə yarayan və elmi olaraq təsdiqlənmiş 10 ipucu tövsiyyə budur:

  1. Zehnimizdən gündə 60 min ilə 80 min arası düşüncə keçir. Bu düşüncələr nə haqqındadırsa həyatımız da ona görə formalaşır. Mənfi düşüncələrə qaçmaq daha yaxşıya adaptasiya olmaqdan asandır və beyin bunu öyrənincə bir sonrakı səfərə daha asan mənfi düşüncələrə adaptasiya olur. Bu səbəbdən özünüzü mənfi düşüncələr arasında hiss etdiyiniz anları fərqinə varıb müsbət düşüncələri şüurlu olaraq seçin və ona adaptasiya olun.

    2. Bol və təmiz oksigen ilə yatmaq beyin üçün çox önəmlidir. Oksigensiz qalanda ölümü gerçəkləşən ilk orqanımız beyindir. Mümkünsə tez-tez otağın pəncərəsini açaraq özünüzə və iş yoldaşlarınıza oksigen hədiyyə edə bilərsiniz. Bu mümkün deyilsə mütləq ofisdən çölə çıxaraq qısa fasilə verin. Yuxunuza ciddi diqqət yetirin.

    3. Beyninizə yeni düşünmə yollarını tanıdın. Məsələn ofisdəki masanızın fərqli bir yerini istifadə edərək çalışın və ya düşüncələrinizi kompüterinizə deyil bir kağıza yazaraq analiz edin. Kofenizi qarışdırarkən ya da digər günlük cari öhdəlikləri icra edərkən davamlı istifadə etdiyiniz əlinizi deyil digər əlinizi istifadə edin.

    4. Meditasiyanı öyrənin və tətbiq edin. Ən az 5-10 dəqiqə nəfəsinizə hakim olmaq üçün zehninizi sakitləşdirin. Meditasiya edərkən zehniniz həmişə bir yerlərə yayına bilər və düşüncələr arasında gedib gələ bilər. Bu son dərəcə normal prosesdir. Önəmli olan zehin hər yayındığında təkrar təkrar onu indiki ana və nəfəsə fokuslaya bilməkdir.

    5. Hər gün həyatınızın gedişində qısa fasilələr yaradın. Məsələn 10 dəqiqəlik bir istirahət edin. Gözlərinizi bağlayın, dərin bir nəfəs alın, özünüzü dəniz kənarında olmuş kimi hiss edin. Günəşin istiliyini hiss edin, dənizin dalğalarını eşidin, havadakı dəniz qoxusunu içinizə çəkin. Bu bir meditasiyadır əslində beyini bu yolla aldatmaq olar. Nəyi düşünsək və xəyal etsək beyin onu həqiqət olaraq yaşayar.

    6. Sakitləşmə texnikalarını istifadə edin. Xəyal edin, musiqi dinləyin, qalxıb ofisin içində gəzin, çölə çıxın, çox istədiyiniz bir iş yoldaşınız ilə kofe için.

    7. İş yoldaşlarınızı yaxından tanıyın və onlarla dostluqlar yaratmağa cəhd edin. İş dünyasındada ən önəmli ehtiyacımız insan olduğumuzun xatırlanması, birilərinin bizi dinləməsi və paylaşmaq deyilmi?

    8. Gününüzü planlayın. Kaşki etməsəydim dedikləriniz və kaşki edərdim dedikləriniz nələrdir?
    Bunlarla bağlı bir siyahı hazırlayın. Bu stressi azaldır. Çoxlu plan, az bir zaman var. Siyahınızda hər gün üçün ediləcək ən önəmli 3 maddə ilə başlayın. Bunları bitirəndə özünüzü təbrik edin.

    9. Hadisələrə başqalarının baxış bucağından baxmağa diqqət göstərin. Bizim hadisələrə baxış diqqətimiz var:  Mənim üçün çətinlik yaranan zaman görəsən iş yoldaşımız, müdirimiz eyni vəziyyətdə nə düşünərdi, necə reaksiya verərdi deyə sual verin.
    Empatiya quraraq onların baxış bucağından baxmalı və hadisələrə ona əsasən qiymət verməliyik.

    10. Ataların dediyi kimi : «Sağlam bədəndə sağlam ruh olar» Fiziki gümrahlıq zehni gümrahlıq gətirir. İşlədiyiniz saatlardada bol bol hərəkət etməyə diqqət göstərin. Lift əvəzinə pilləkanları istifadə edin.

Müəllif: İlkin Mirzəzadə