Yaponiyanın Nişiavakura qəsəbəsinin iqtisadiyyatını qəpiklərin ilkin yerləşdirilməsinin (ICO) köməkliyi ilə möhkəmləndirməyi planlaşdırırlar. Banker.az xəbər verir ki, hazırda 1500 nəfər sakinə məxsus bu qəsəbənin rəhbərliyi ICO keçirilməsi imkanları ilə yaxından tanış olur.
Araşdırma üç özəl şirkətlə partnyorluq çərçivəsində aparılır: ICO həyata keçirilməsini dəstəkləyən platformaya sahib Chaintope blockchain-şirkəti, elektron kommersiya platformasını inkişaf etdirəcək Murashiki şirkəti, həmçinin A-zero şirkəti.
Hər hansı səbəblərdən ICO həyata keçirmək mümkün olmasa, bələdiyyə rəhbərliyi vəsait üçün milli hökumətə və yaxud şəxsi investorlara müraciət edəcəklər.
Qeyd edək ki, Yaponiya bitcoin rəqəmsal valyutasını ödəniş vasitəsi qismində qanuniləşdirən ilk ölkələrdən biridir. Bundan əlavə, ölkə rəhbərliyi ICO həyata keçirilməsinə qarşı kifayət qədər liberal mövqeyə sahibdirlər.