$80 mln pulu havaya sovurmuş milyonçudan 5 məsləhət

2
1093

Torrell Ouens –  amerikan futbolunun ulduzu, ABŞ Milli Futbol  liqasının keçmiş oyunçusudur. O təkcə idmançı kimi nailiyyətləri ilə deyil, həm də bərbad maliyyə qərarları ilə məşhurdur. Ouens demək olar ki,  80 mln dollar vəsaiti havaya sovurub, o vəsaiti ki, 15 illik idmançı karyerası ərzində qazanmışdı. Əsas səbəb isə, yanlış investisiyalar və uğursuz sövdələr olub.

Məsələn, futbolçu Nyu-Cersidəki evini real dəyərindən iki dəfə daha ucuz satıb. Bundan sonra, Ouens əyləncə mərkəzinə 2 mln dollar yatırım etmişdi, amma layihə uğursuzluğa düçar oldu.

Futbolçu, maliyyə uğursuzluqlarından 5 əsas dərs çıxarıb.

1. Pulları sağa-sola səpələməyin

Ouens “San Fransisko Forti Nayners” komandasına gələndə, o da digər naşılar kimi,  klubun əzəli oyunçularının parlaq həyat tərzinin sehrinə düşür.

“O vaxt mən də onlara oxşamaq arzusunda idim –  son model avtomobilləri və bahalı zərgərlik aksessuarları olan oğlanlar kimi görünmək istəyirdim” – Ouens etiraf edir. “Amma indi mən başa düşürəm ki, bəzək-düzək və dəbdəbəli əşyalar – oyunçuların edə biləcəyi ən axmaq alış-verişdir. Xüsusən də, əgər onların bank hesabında bütün bunları şəxsən ödəyəcək qədər vəsait yoxdursa”.

Vacib qayda – ayağını yorğanına görə uzat. “Mənim istənilən bir fanata və ya idmançıya tövsiyyəm: “Cibinizdə olandan artıq pul xərcləməyin” – futbolçu deyir. Başa düşmək lazımdır ki, lüks əşyaların sehri sadəcə onların qiymətində deyil, həm də onların servisinin qiymətindədir. Əgər siz küllü miqdarda mükafat almısınızsa və ya sizə iri məbləğdə miras qalıbsa və özünüzə bahalı avtomobil almaq istəyirsinizsə, onda həm də, hər dəfə benzinə və bahalı ehtiyat hissələrinə pulunuzun çatıb- çatmayacağını da düşünün.

2. Sizin pulunuzə görə yalnız siz məsuliyyət daşıyırsınız

Ouensin sözlərinə görə, idmançılar bir çox hallarda maliyyə konsultantlarının səhvləri ucbatından zərər görür. “Mən konsultantlara etibar etdim, onlar isə mənim pulumu xərclədilər – futbolçu yada salır. – Bu təkcə onların deyil, həm də mənim günahımdır.  Mənim pullarım – mənim məsuliyyətimdir. Mən elə konsultantlar qədər bu pulların idarəedilməsinə ciddi yanaşmalı idim”.

Hətta kiməsə sizin əvəzinizə pullarınıza görə qərar vermək imkanı verirsinizsə, siz, sizin əvəzinizə edilən bu seçimdə əmin olmalısınız. Siz öz maliyyə vəziyyətinizdən və investisiya alətlərindən agah olmalısınız ki, konsultantların sizə etdikləri tövsiyələri anlayasınız.

3. Sual verin

Siz həmişə məsləhət üçün daha təcrübəli yoldaşlara müraciət edə və əlçatan olan maliyyə proqramlarını araşdıra bilərsiniz. Sadəcə inisiativ göstərmək lazımdır. Əgər təkbaşına nədənsə baş çıxarmaq alınmırsa, suallar verin. Bəzən, əgər tam əmin deyilsinizsə qərar verməyin.

Image result for террелл оуэнс

“Müstəqil bir tərəf (şəxs ) tapın ki, o sizə avtoritetli və gerçək bir məsləhət versin. Heç nəyi sanki məcburi imiş kimi qəbul etməyin”. – Ouens fikir yürüdür.

4. İmpulsiv xərclərə qarşı ehtiyatlı olun

Pulunuz elə də çox olmayanda siz çalışırsınız ki, onu ağılla xərcləyəsiniz. Bəs pulunuz artan kimi niyə bunun əksini edəsiniz ki? Yeni müqavilə imzalayanda, əmək haqqınız qəfil artanda spontan alış-verişlər etmək istəyirsiniz –  xərclərlə bağlı qərarlar vermək çox asanlaşır.

Diqqətli olun, yaxşı pul qazanıb ağlınızı itirməyin. Bu asan deyil. “Bəzən sizə elə gəlir ki, qərarınız əsaslıdır və siz hesablanmış, ölçülmüş bir addım atırsınız. Amma müəyyən müddətdən sonra özünü təlqin hissi keçirir və siz xərclədiyiniz pula görə peşmanlıq keçirə bilərsiniz” –Ouens xəbərdarlıq edir.

5. Amma bəzən özünə kiçik zövqlər verməlisən

Ouens ABŞ-da oyun meydançasında qaydaları açıq –aşkar şəkildə pozmasına görə məşhur idi. Bütün karyerası ərzində o, $150 000 dollar cərimə olunub. Anlıq həzzlər buna dəyərdimi? “Bəli, buna dəyərdi, mən bu xərclərə görə az narahatam” –futbolçu bildirib.

Özünə bəzi zəiflikləri rəva görə bilərsən. Sadəcə əmin olun ki, sizin buna imkanınız çatır.

banco

2 COMMENTS