“Azərbaycanda biznes mühitinin əlverişliliyini daha da artırmaq üçün əlavə tədbirlər planı təsdiq edilib”.
Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum, WEF) 2017-2018-ci illər üzrə rəqabətqabiliyyətlilik reytinqində 35-ci yeri tutub. S.Həsənova qeyd edib ki, “Doing Bussines” hesabatında 8 pillə yüksəlib.
Nazir müavini vurğulayıb ki, biznes mühitinin əlverişliliyini daha da artırmaq üçün təsdiqlənən tədbirlər planı Azərbaycanın beynəlxalq reytinqinin daha da yüksəlməsinə səbəb olacaq.
© APA