Uber informasiya oğrularına 100 000 ödəyib

0
744

Uber servisi informasiya sızıntısı faktını gizlətməyə çalışıb. Kompaniya hakerlərə oğurlanmış məlumatların silinməsi və susmağa görə 100 min dollar ödəyib.

Hakerlər 2016-cı ildə, şirkətin bütün dünya üzrə 57 milyon müştərisi və sürücünün informasıyasını oğurlayəb. Artıq informasiya şirkətin özü tərəfindən təsdiqlənib.

Bloomberg qeyd edir ki, kompaniyanın keçmiş icraçı direktoru Trevis Kalanik məlumat oğurlanması haqqında 1 il öncə xəbərdar edilib Taksi sifarişi servisi faktı gizlətməyə və oğurlanmış informasiyanın silinməsi üçün hakerlərə 100 000 dollar ödəməyə qərar verib. İnsident 2016-cı ilin oktyabrında gerçəkləşib.

Nəşrin məlumatına görə hakerlər Uberin 50 mln müştərisinin şəxsi məlumatlarını, elektron ünvanlarını və mobil telefon nömrələrini, həmçinin 7 mln sürücünün şəxsi məlumatlarını, o cümlədən 600 000-dən çox sürücülük vəsiqəsinin nömrələrinni ələ keçiriblər. Kompaniyada iddia edirlər ki, bank kartları ilə bağlı informasiya məkrli əllərə düşməyib.

Uberin cari rəhbərliyi bildirir ki, hakerlər əldə olunan informasiyadan istifadə etməyə macal tapmayıb.

“Bunlardan heç bir baş verməməli idi və mən bizə bəraət qazanmağa çalışmayacağam. Mən keçmişi silə bilmərəm, amma hər bir Uber əməkdaşı adından söz verə bilərəm ki, biz səhvlərimizdən dərs çıxardacağıq” Uberin direktoru Dara Xosrovşahi nəşrə bildirib.

banco