Rusiyalı sahibkarların Azərbaycan iqtisadiyyatına investisiyaları 3,7 milyard dollara çatıb.
Fins.az-ın məlumatına görə, bunu Azərbaycan-Rusiya işgüzar görüşündə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan öz növbəsində Rusiya iqtisadiyyatına bir milyard dollardan çox investisiya qoyub: “Rusiya Azərbaycanın başlıca ticarət tərəfdaşlarından biridir. Təsadüfi deyil ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz bu ölkədə açılıb. Bu onu ifadə edir ki, biz Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk”.
© Trend
165854 53438Music began playing anytime I opened this web site, so irritating! 818201