Rusiyanın lüks smartfon brendi “Caviar” brilyantla bəzədilmiş “iPhone X” hazırlayıb.
İKT.lent.az-ın xəbərinə görə, üzərində 344 ədəd qara brilyant olan cihazın qiyməti 2,4 milyon rubl (40 min dollardan çox) təşkil edir. Bu məbləğƏ Moskva şəhərində birotaqlı ev almaq mümkündür.
“Bu gün “Caviar” qara kürüyə, ənənəvi rus zərgərlik texnikası olan filiqrana və brilyant imperator tacına həsr olunan “iPhone X”u təqdim edir”, – deyə şirkətdən bildirilib.
Model bir nüsxə hazırlanıb.