Dünyadakı zənginliyin yarısından çoxu 1% insanın əlində toplanıb

0
868

“Report” “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsveçrənin “Credit Suisse” bankının nəşr etdiyi “Global Wealth Report” adlı illik hesabatında bildirib.

Sənədə əsasən, 1% zəngin insanların əlindəki aktivlərin xüsusi çəkisi 50,1%-ə yüksəlib. Xatırladaq ki, 2008-ci ilin böhranı zamanı bu göstərici 42,5% olub.

“Credit Suisse”ə görə, dünyanın əmək qabiliyyətli əhalisinin 70%-i yoxsulluq içində yaşayır. Dünya əhalisinin məcmu zənginliyi isə 2017-ci ilin ortalarında illik müqayisədə 6,4% artaraq 280 trln. dollara çatıb. Artım tempi son 5 ilin maksimal həddinə yüksəlib.

İnsanların maddi rifahı əhalinin sayından daha sürətlə artdığı üçün adambaşına düşən aktivlərin həcmi 52,07 dollardan 56,54 dollara qədər artım göstərib.

Hesabatda bildirilir ki, son bir il ərzində dollar milyonerlərinin sayı 2,3 mln. və ya 6,8% artaraq 36 mln. nəfərə çatıb.

“Credit Suisse” bankının proqnozlarına görə, dünya əhalisinin maddi rifahı yaxın 5 ildə eyni sürətlə artmağa davam edəcək və 341 trln. dollara yüksələcək. Dollar milyonerlərinin sayı isə 44 mln. nəfərə çatacaq. Yoxsul insanların sayında isə 4% azalma gözlənilir.