Xəzər kürüsü Nyu-Yorkun ən bahalı yeməkləri siyahısında

Date:

Paylaş:

Nyu -Yorkda bir günlük yeməyə təxminən 7000 dollar xərcləməklə hansı ləziz təamları dadmaq mümkündür?

Trend-in məlumatına görə, “CNBC” Nyu-Yorkda bir gün üçün yeyilə biləcək ən bahalı yeməklərin siyahısını hazırlayıb. Siyahıda tərkibində Xəzər kürüsünün də olduğu pizza da yer alıb.

Qeyd edək ki, xidmətə 2000 dollara təklif edilən omletdən tutmuş 315 dollara satılan içki və yeməklərin ən yaxşıları daxildir.

Burda qeyd olunun formal olaraq “Kralsayağı qızardılmış pendir səndviçi” adlandırılan yemək “Ginnesin Rekordlar Kitabı”na əsasən dünyanın ən bahalı səndviçi hesab olunur.

Səndviçin tərkibi fransız çörəyi, cənubi İtaliyadan gətirilmiş pendir, xüsusi növ zeytun yağı və qızılı qarğıdalıdan ibarətdir.

Başqa bahalı təam isə qiyməti 2000 dollara olan bir dilim pizzadır. Sobada bişirilən xəmirin üzərinə İngiltərədən gətirilmiş xüsusi növ pendir, Xəzər kürüsü əlavə edilərək xüsusi rəng effekti üçün qızılgül ləçəkləri ilə örtülür.

Pizzadan dadan “CNBC” əməkdaşı “Bu, mənim indiyə qədər yediyim ən dadlı təamdır” deyə yazır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...