Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxardı – 19 milyon avroya

Date:

Paylaş:

Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov Türkiyədəki yaxtasını satışa çıxarıb.

Azxeberin əldə etdiyi məlumata görə, atasının işdən çıxarılmasından sonra iş adamı təkcə Azərbaycandakı deyil, xaricdəki mülklərini də satışa çıxardıb. Belə ki, A.Məmmədov Türkiyədəki “Only One” adlı yaxtasını nə az, nə çox düz 19 milyon avroya satışa qoyub.

Məlumata görə, sözügedən yaxta A.Məmmədovun Londondakı şirkətinə aiddir. Bütöv adı “Baglietto Only One” adlanan yaxtanın satış elanı “M Blue Yacht”da yerləşdirilib. Yaxtada əyləncə, idman zalları olmaqla 5 otaq mövcuddur.

Mənbənin sözlərinə görə, bu yaxta Anar Məmmədovun tez-tez ziyarət etdiyi məkan olub. O bu yaxta ilə qonaqlarıyla bir neçə dəfə uzun səfərlərə də çıxıb.

“Baglietto Only One” nın satışını isə Nərgiz adlı azərbaycanlı qadın həyata keçirir. Bu qadının Anar Məmmədovun Türkiyədəki biznesinin idarəsində məsul şəxs olduğu bildirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...