Josh Hoxie: Əgər belə getsə, zənginlik yenə də az sayda insanın əlində toplanacaq

Date:

Paylaş:

“Forbes” jurnalının qiymətləndirməsinə əsasən, 3 ən zəngin amerikalının ümumi varidatı ABŞ əhalisinin yarısından çoxunun, yəni 160 mln. insanın məcmu varıdatını üstələyir.

“Report” “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, bu məlumat Vaşinqtonda yerləşən “Institute for Policy Studies” təşkilatının hesabatında yayımlanıb.

Hesabatda bildirilir ki, söhbət “Amazon” şirkətinin yaradıcısı Cef Bezos (Jeff Bezos), “Microsoft”un yaradıcısı Bil Geyts (Bill Qates) və investor Uorren Baffetdən (Warren Buffet) gedir. Onların məcmu varidatının hesabat dərc olunan anda 263 mlrd. dollar təşkil etdiyi bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, ABŞ-ın 25 ən zəngin milyarderinin toplam varidatı 1 trln. dollar təşkil edir. Orta sinif amerikalının avtomobil istisna olmaqla varidatı isə orta qiymətlə 80 min dollara bərabərdir.

“Əgər belə getsə, zənginlik yenə də az sayda insanın əlində toplanacaq. Kasıb təbəqə ilə zənginlərin arasında fərqi aradan götürmək üçün 2 əsas qərar verilməlidir. Bunlardan birincisi, zənginlər üçün güzəştli vergilərin ləğv edilməli, ikincisi isə, ümumiyyətlə onlar üçün vergi dərəcələri artırılmalıdır”, – hesabatın müəlliflərindən biri olan Coş Hoksi (Josh Hoxie) bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...