Həyat hekayəsi “Wall-Street canavarı” filminin əsasını təşkil edən keçmiş broker Jordan Belfort investorları ICO-ə (initial coin offering, kriptovalyutalar üçün IPO-in analoqu) etibar etməməyə çağırıb.
Belfort bunu Financial Times nəşrinə verdiyi müsahibəsi zamanı qeyd edib.
“Bu çox sayda insana geri dönüşü olmayan zərər vuracaq tarixin ən böyük fırıldağıdır. Bu mənim bütün etdiklərimdən daha da pisdir” – deyə Belfort vurğulayıb.
Onun sözlərinə görə, əlbəttə, ICO entuziastlarının və tərəfdarlarının əksəriyyəti (85%), bu yolla vəsait cəlb etməyə çalışaraq heç bir pis niyyətə sahib olmurlar. Lakin problem ondadır ki, bu sahənin hətta 5-10% fırıldaqçısı əsl fəlakətə çevrilə bilər.
Qeyd edək ki, 2017-ci ilin sentyabrında Çin bu vasitənin qanunsuz maliyyələşmə olduğunu iddia edərək ölkədə ICO həyata keçirilməsini qadağan etdi. Çinin ardınca analoji qərar Cənubi Koreyanın Maliyyə xidmətləri üzrə komissiyası tərəfindən də qəbul edildi./Banker.az
© xezerxeber.az