Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 20,1 faiz artaraq 327,7 milyon manat təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sementin istehsalı 23,8 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,4 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 28,4 faiz, tikinti kərpicinin istehsalı 60,0 faiz artıb.