Amerikanın “Apple” korporasiyası sentyabrın 30-da başa çatan maliyyə rübünün yekunu üzrə 10,7 mlrd. dollar (səhmə görə 2,07 dollar) məbləğində xalis mənfəət əldə edib.
TASS-a istinadən xəbər verilir ki, bu barədə şirkətin cümə axşamı dərc olunan maliyyə hesabatında qeyd olunub.
Ötən ilin analoji rübünün yekunu üzrə şirkətin mənfəəti 9 mlrd. dollar (səhmə görə 1,67 dollar) təşkil edib.
“Apple”nin son üç aya görə gəliri 12,2 faiz artaraq təqribən 52,6 mlrd. dollara çatıb. Bu məbləğin 28,8 mlrd. dolları (təqribən 55 faiz) “iPhone” smartfonlarının satışından əldə olunub.
Mənbə: Report.az