Yerin altında milyon dollarlıq ideya yaradan türk iş adamı

Date:

Paylaş:

Veysel Berk

Sahibkarlıq ilə maraqlanan ya da maraqlanmayan hər insanın həyatında ən az bir dəfə ağlına bir iş fikri gəlib. Yaxşı bu insanlardan neçəsi bu fikrinin arxasından sonuna qədər gedib və sahib olduqlarını bir kənara qoymuşdur? Ağlına gələn fikrini həyata keçirmək üçün çalışan və bu fikri təkmilləşdirmək üçün bütün məlumatlarını istifadə edən Veysel Berk də bu əzmli insanlardan biridir. Veysel Berk altına imzasını atdığı milyon dollarlıq dəyərə sahib olan Wallit, çayçı, PayPad və Evebirilazım kimi layihələri ilə uğurunu hər kəsə sübut etmiş oldu.

Veysel Berk

Veysel Berkin ilk layihəsi yerin 3 metr altında 4 kvadrat metrlik bir otaqda şüa mikroskopu üzərində çalışarkən birdən ağılına gəlmişdi. Kiçik bir otaqda çalışarkən Veysel Berkin ağlına gələn bir fikrin milyon dollarlıq bir ideya ola biləcəyi kimin ağlına gələrdi ki? Wallit’in quruluşu haqqında Veysel Berk “Bir virtual divar olsa, insanlar oturduqları yerdən bu divara yazabilsələr, şəkillərini videolarını qoyabilsələr, canlı söhbət edərdik, heç olmazsa darıxmazdıq dedim və dərhal mikroskopdan başəmı qaldırdım. Yahoo və Google-da dostlarıma göndərdim. Bu vaxt sərmayəçilər də layihəni eşidirlər. Wallit adını verdiyimiz tətbiqə, bir iki həftə kimi qısa bir müddətdə 1.2 milyon dollar investisiya aldıq.

Evebirilazım ideyası yaranır

Veysel Berk

Veysel Berkin sahibkarlıq fəaliyyəti bununla bitmir. Türkiyəyə geri döndükdən sonra türk mühəndis yoldaşları ilə birlikdə tutduqları ofisi təmizləmək üçün təmizlikçi tapa bilmədiklərini gördülər. Təmizlikçi axtaranlarla təmizlik xidməti verənləri bir araya gətirən bir platforma yaratdılar və beləcə Evebirilazım adlı şirkət yarandı.

Çaycı şəbəkəsini də həyata keçirir

Veysel Berk

İnnovativ startuplardan sonra ənənəvi biznesə başladı və Çaycı markasını yaratdı. “Türkiyə gündə 250 milyon stəkan çay istehlak edən bir ölkədir, yəni qəhvədən qat-qat çoxdur. Ancaq qəhvə şəbəkələri hər yerdə olduğu halda çay üçün xüsusi bir marka yox idi, 15 dəqiqədə bir təzə çay dəmləyən bu sistemlə müştərilərimizə hər zaman eyni keyfiyyətdə və eyni standartda çay içirmək planlaşdırırıq” söyləyir iş adamı.

Sadə fikirlər böyük işlər yaradır.

Veysel Berk

İctimati iaşələrdə istifadə olunan ödəmə sistemlərinin bahalı olduğunu gördük və data əsaslı iPad ilə çalışan MobilKassanı yaratdıq. Digər restoran və kafelər də bu sistemi bizdən almağa başladılar. 6 böyük Mall da daxil olmaqla bir çox ictimati iaşə obyektlərində bu gün bizim yaratdığımız MobilKasa sistemi işləyir.

Ətrafınızdakı çatışmazlıqları gördüyünüzdə və onları dəyişmək üçün bir həll yolu axtardıqda dünyanı dəyişməyə başlayırsınız. Bir çox məşhur iş adamının dediyi kimi sadə düşünün. O zaman böyük fikirlər yaradacaqsınız

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...