“Zara”dan maaşlarını ala bilməyən işçilər geyimlərə yeni bir etiket vuraraq etiraz ediblər.
“Marja” xəbər verir ki, işçilər, dünyanın ən varlı dördüncü adamı olan, markanın sahibi Amancio Ortega-dan dünyaya şikayət ediblər.
Türkiyədə “Bravo” hazır geyim fabrikində illərlə işləyib “Zara” geyimləri istehsal edən işçilər, zavodu bir gecədə bağlayıb sahibinin qaçması ilə sosial media vasitəsilə etirazlarını bildiriblər.
3 aylıq maaşlarını və staj kompensasiyalarını almayan işçilər, geyimlərə yeni bir etiket yapşıdırıblar.
“Alacağınız məhsulu mən hazırlamışam. Amma pulumu ala bilmdim. Biz aldığınız məhsulu istehsal edən, “Bravo” zavodunun işçiləriyik. İllərlə “Zara” üçün istehsal etmişik. Son üç aylıq əməkhaqlarımızı və staj qazanımızı almadan zavod bir gecədə bağlandı. Xahiş edirik, “Zara”ya deyin ki, pulumuzu ödəsin. İmzatoplama kampaniyamıza “change.org” ünvanı üzərindən imza ataraq maaşlarımızın ödənilməsi məsələsində bizə dəstək ola bilərsiniz. Ya da bu etiketin fotoşəkilini çəkərək #bravoişçileriiçinadalet haştağı ilə sosial mediada paylaşın. Biz Təmiz Geyim Kampaniyası olaraq, Zara, Next və Mango-nun dərhal işçilərin səsinə qulaq asaraq maaşları ödəmələrini tələb edirik”.