“Toshiba”nın televiziya bölməsi üçün təklif verən və nəticə gözləyən “Vestel, daha bir texnologiya nəhənginin ardınca düşüb. Vestel, Cənubi Koreyanın “Daewoo” şirkətinin məişət texnikasıbölməsini almaqüçün təklif verib.
Türkiyənin “Zorlu Holding” şirkətinin İdarə Heyətinin Sədri Ahmet Nazif Zorlu verdiyi açıqlamada bildirib ki, “Dongbu Daewoo Elektronica” üçün təklif veriblər. “Vestel” şirkəti “Zorlu Holding”ə daxildir.
“Marja” xəbər verir ki, Cənubi Koreyanın xəbər agentliyi “Yonhap”, dünən Daewoo üçün 4 ölkədən təklif olduğunu, bunlardan birinin isə Türkiyədən olduğunu bildirmişdi. Digər ölkələr isə Meksika, Fransa və İsveç olaraq açıqlanmışdı.
TOSHIBA ÜÇÜN DƏ TƏKLİF VERİB GÖZLƏYİR
Digər tərəfdən, “Vestel” Aprel ayında “Toshiba”nın TV bölməsini satın almaq üçün də bir təklif vermişdi. Bu satış ilə bağlı nəticə qısa bir müddət ərzində açıqlanacaqdır.