Almaniya-Azərbaycan biznes əlaqələri inkişaf edir

Date:

Paylaş:

Almaniyanın Leipzig şəhərində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən şirkətlərin təmsilçiləri ilə Leipzig Sənaye və Ticarət Palatasının 20-dən artıq rəhbər heyəti və üzvləri ilə biznes və B2B ikitərəfli görüşləri keçirilib. Bu görüşlər Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə həyata keçirilən Menecer Təlim Proqramları çərçivəsində reallaşıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan tərəfdən tədbirdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Təmiz şəhər”, “AzMirvari”, “ERA Marketing Center”, “Azersun holding”, “Azinka HR&CC”, “Millennium Tourism Lufthansa City Center ”, “Az granata”, “North West Construction”, “Nur-Qida”, “Azinterpartlayish-x”, “Akkord”, “Baku Business Factory”, “ACT Azerbaijan”, “MhWirth” və “Trast B.V.” KMT kimi şirkətlərin nümayəndələri iştirak ediblər. Öncə ev sahibləri bölgə və palatanın fəaliyyəti haqqında geniş məlumat verib, sonra öz təqdimatlarını ediblər.

Daha sonra Azərbaycan nümayəndə heyəti ölkəmizin iqtisadi-mədəni potensialını əks etdirən mükəmməl təqdimatla və iştirakçı şirkətlərin fəaliyyətini əks etdirən məlumatlarla çıxış ediblər. Sonda “Azerbaijan-Land of Fire” videoçarxı nümayiş olunub.

İşgüzar tədbir ikitərəfli görüşlərlə davam etdirilib. Xatırladaq ki, Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin Azərbaycanla birgə həyata keçirdiyi Menecer Təlim Proqramı çərçivəsində ölkəmizi təmsil edən 16 şirkətin nümayəndəsi bu ölkədə səfərdədir. Proqram Almaniya-Azərbaycan biznes əlaqələrinin inkişaf etdirilməsinə xidmət edir. Belə ki, Təlim Proqramının məqsədi Almaniyanın tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrinin yaradılması və onlara inkişaf istiqamətində yardım etməkdir. Bunun üçün xarici müəssisələrin nümayəndələrinin Almaniyada iqtisadi təhsil alması, biznes əlaqələrinin yaradılması ilə yeni bazarların inkişafı, Azərbaycan biznesinin rəqabətqabiliyyətliliyini idarəetmə bacarığı vasitəsilə yüksəltmək əsas vasitələrdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...