Səudiyyə Ərəbistanında Neom adlı gələcəyin innovativ ticarət şəhəri salınacaq. Bildirilir ki, şəhərin sahəsi 26 min kvadratkilometr olacaq.
Ərəb ölkələrini Asiya, Avropa və Amerika ilə iqtisadi cəhətdən birləşdirəcək şəhərin 2030-cu ilədək qlobal iqtisadi mərkəzə çevriləcəyi gözlənilir. Layihə Ər-Riyadda keçirilən “Future investment initiative” forumunda təqdim olunub. Məlumatı “Busines Arabian” yayıb.
©fins