“Maddi dəstəksiz və heç bir vəsaitsiz biznesimi qurmuşam”

Date:

Paylaş:

Müsahibimiz Go Travel turizm şirkətinin təsisçisi Telman Məmmədovdur. Gənc olmasına baxmayaraq bir çox uğurlu layihələrə imza atıb.

Telman, özün haqqında məlumat verərdin.

Mən 1987-ci il avqustun 5-də Bakı şəhərində anadan olmuşam. İlk təhsilimi 244 saylı orta məktəbdə almışam. Bakı Biznes Universiteninin Biznesin təşkili və idarə edilməsi fakültəsini bitirmişəm. Daha sonra 1 il hərbi xidmətdə olmuşam. Yeməyi, gəzməyi və dincəlməyi sevirəm. Düşünmək isə xobbimdir.

Necə olduki, turizm sektorunda iş qurmaq qərarına gəldin?

Turizm sektoruna marağımın yüksək olması elə gətirdi ki, mən turizmdə özümü yoxlayım. Mənə elə gəlir ki, insan həmişə sevdiyi işi görməlidir. Onda o iş daha uğurlu və daha tez nəticə verəcəkdir. Go Travel turizm agentliyi olaraq 1 ildir fəaliyyət göstəririk halbuki, 5 il fəaliyyət göstərən şirkətlərin bir çoxundan xeyli iş görmüşük və şirkət olaraq daha çox tanınmışıq. Ən əsası hədəfimiz Azərbaycanda nömrə 1 turizm şirkəti Go Travel olsun deyə əlimizdən gələni edirik.

Bundan öncə hansı işləri görmüsən?

9-cu sinifdən internetə həvəsim olduğundan, internet üzrə bir çox işlər görmüşəm. 2006-cı ildə Azərbaycanda ən çox tanınan sosial şəbəkəsi olan “canim.az” saytını yaratmışam. Hazırda da bir çox insanın ünsiyyət qurduğu sosial şəbəkələrdən biridir. Bundan başqa dünya markası olan livescore saytının Azərbaycan domeni üzrə “livescore.az” adı olaraq domenin sahibiyəm. Hazırda  həmən sayta gündə 10 mindən artıq baxış olur. İnsanlar sayta girib canlı gedən oyunların hesablarına baxırlar. Digər lahiyələrimdən biri isə “Radionet Azərbaycan” adı altında Azərbaycanda ilk İnternet radiosudur. Radionet Azərbaycanın həm ios, həmdə android üzrə proqramı da mövcuddur. İnsanlar həmin programı telefonlarına yükləyib radioya daxil olub gözəl musiqilər dinləyə bilər və eynilə canlı efirə də qoşula bilərlər. Ətraflı olaraq Radionet Azərbaycanın Facebook sahifəsinə daxil olub oradan məlumat ala bilərlər. Onu da bildirmək istəyirəmki Radionet Azərbaycan iphone telefonları üzrə App Store-da ən çox yüklənən proqramlar içində 1-ci yerdə idi. Hazırda yeni bir layihəmiz fəaliyyətə başlayıb. Gezmeli.az adlı saytdır. Bu saytda turizmlə bağlı maraqlı məqalələr və xəbərlər yer alacaq.

Öz işini qurmaq üçün nəqədər vəsait xərcləmisən? Maddi dəstək göstərən olubmu?

İnanmaq çətin olsa da maddi dəstəksiz və heç bir vəsaitsiz biznesimi qurmuşam. Bunu mən məktəbli yaşlarımda qazanmışam.  Əvvəlcə 1 manat qazanmışam. Daha sonra həmin 1 manatdan 10 manat əldə etmişəm və yenidən 10 manatı təzdən işə yatırmışam və hələ də bu cür davam edir. Düzdür risklər də etmişəm 5 lahiyəyə investisiya qoyub iş qurmuşam sadəcə onlardan birinin alınmağı kifayət edib ki, növbəti lahiyəyə addım atım. Bir daha vurğulayaraq demək istəyirəm ki, insan sevdiyi işi görməlidir və həmin işə qoyulan vəsait bir gün geri dönəcəkdir.

Go Travel olaraq hansı xidmətləri göstərirsiz?

Go Travel şirkətində logodan tutmuş bütün işləri öz zövqümə uyğun hazırlamışam. Bütün şirkət işlərini  direktor və gülərüz profesional kollektiv işçilər tərəfindən görülür. Go Travel şirkətinin şəxsi saytı var. İnsanlar ora ( gotravel.az ) daxil olub dünyanın istənilən yerinə rahat şəkildə online aviabilet alıb uça bilərlər. Həm də bizim saytda çox ucuz qiymətə olur aviabiletlər. Bununla yanaşı dünyanın istənilən yerində, istənilən oteli də rezervasiya edə bilərlər. Həmçinin saytımızda Avropa turları, Asiya turları, Dubay turları, Türkiyə turları barəsində də tur paketlərlə tanış ola bilərlər. Bizim şirkətimizdə qiymətlər çox ucuzdur. Məqsədimiz hər kəsə uçuş sevinc hissini bəxş etməkdir. Viza dəstəyi xidmətimiz insanların marağına səbəb olmuşdur. Səbəb odur ki, bizdə viza dəstəyi xidməti pulsuzdur. Təki vətəndaşlarımız bizdən tur alsın biz onlardan viza dəstəyi xidmətinin ödənişini istəmirik. Xarici turlarımızdan ən çox geniş yayılan İstanbul turları, Antalya turları, Dubay turları, Kruiz (gəmi) turları, İstirahət və əyləncə turları, Sanatoriyalar, müalicəvi turlar, Ekstremal turlar insanlar tərəfindən ən çox sevilən və alınan turlardır. Go Travel şirkəti olaraq həmçinin yerli və xarici qonaqlarımız üçün VİP xidmətlərimiz də mövcuddur. Bunlara havalimanından şəxsi maşınla qarşılama və yola salınma. Şəxsi maşınla və ya mikro avtobusla getdiyi ölkənin gözəl turizm bölgələri gəzdirilir. Ən əsası biz müştərilərimizi səyahətə gedən zaman səyahət sığortası ilə yola salırıq. Xarici turlarımız ilə bərabər Daxili turlarımız da mövcuddur. Həftə sonları Azərbaycanın gözəl rayonlarına istirahət turlarımız olur.

Gələcək planların haqqında danışardın.

2017-ci ilin dekabr ayında keçiriləcək Azerbaijans Best Awards mükafatlandırılma tərəfindən ilin nömrə 1 turizm şirkəti olaraq Go Travel seçilib.

Bu artıq bizim uğurumuz deməkdir. Bütün işlərimizdə hədəfimiz hər zaman 1-ci yer olmaq olub. Mən inanıram ki, bizim səmimi peşakar kollektivimiz ilə biz buna layiq olacağıq. Bizim instagram və facebook səhifələrimiz də aktivdir. İnsanlar bizi ordan da izləyə bilərlər hər gün paylaşımlar olur, hər gün yeni turlar olur. Hər həftə bizi izləyənlərə müsabiqə yolu ilə pulsuz aviabilet veririk. Biz müştəriyə bilet alanda, otel seçəndə elə seçib alırıqki, sanki özümüz üçün alırıq. İnsanlar uçuşdan yorulmasın, oteldə narahat olmasınlar. Bunların hamısı düşünülür. Gələcəkdə İnşallah yeni planlar var, həyata keçəndə bunları gözəl xalqımız ilə paylaşacağıq.

Öz işini qurmaq istəyənlərə hansı tövsiyyələrin var?

Heç bir tövsiyyəm yoxdur. Çünki,mənim tövsiyyəm onlara heçnə qazandırmayacaq. Sadəcə onu bilsinlər ki, qazanmaq üçün itirmək lazımdır. İtirmək üçün isə risk etmək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...