Bakıda keçirilən İkinci Şopinq Festivala ən çox diqqət ayıran, təbii ki, qadınlardır. Bakda keçirilən Şopinq Festivalına qatılmaq istəyənlərdən biri də Varşava Şəhər Şurasının ən gənc üzvü, beynəlxalq hüquqşünas Anna Maria Rozekdir.
AZƏRTAC xəbər verir ki, M.Rozek festivalın saytına açıqlamasında deyib: “Etiraf edim ki, bir xanım olaraq, bu festivalda iştirak etmək istərdim, xüsusilə də, əl işi olan bəzək əşyalarına diqqət edərdim”. O, Varşavada da oxşar təşəbbüsləri dəstəklədiyini, bu əsnada Azərbaycanın müsbət təcrübələrindən də yararlanacaqlarını qeyd edib.
Onun sözlərinə görə, belə festivallar kiçik və orta sahibkarlığın inkişafı baxımından da əhəmiyyətlidir.
Həmçinin festivala qatılan turistlər alış-veriş etməklə yanaşı, müasir Bakıdan xoş təəssüratlarla ayrılacaqlar: “Mən hesab edirəm ki, səmərəli beynəlxalq marketinq və bir çox dünyaca məşhurların ölkəyə dəvət olunması həmişə müsbət nəticə verir. Azərbaycanda da bu təşəbbüsün uğurlu olacağına heç bir şübhəm yoxdur”.