“5 il ərzində qiyməti 25.000 dollara çatacaq”

Date:

Paylaş:

Əksər analitiklər Bitcoin-in qiymətinin 2018-ci ilin ortalarında 6000 dollara çatacağını proqnozlaşdırır. Uzun perspektivdə isə qiymət gözləntiləri daha iddialıdır. 

“Marja” xəbər verir ki, “FundStrat Global Advisor”un qurucularından Tom Li, Bitcoin-in qiymətinin 5 il ərzində 25.000 dollara çatacağı proqnozlaşdırır.

Li, “Business İnsider”a verdiyi açıqlamada, Bitcoin-in qızılın yerini alacağını iddia edir.

Li, gələcəkdə bütün işlərin rəqəmsal mühitdə aparılacağını və yeddi ildir “haklanmamış” olan şifrlənmiş kripto valyutaların belə bir şəraitdə çox qiymətli hala gələcəyini dilə gətirir.

“Şəxsi məlumatlarımız qızıl kimi qiymətlidirsə, Bitcoin də bizim üçün qızıldır, – deyən Li, “9 trilyon dollarlıq qızıl bazarı, müəyyən nəsillər üçün investisiya aləti oldu. Gələcək nəsillərin də Bitcoin-i investisiya aləti kimi görəcəyini düşünürük. Qızıl bazarının yalnız 5%-i qədər investisiya cəlb etsə, Bitcoin-in qiyməti 25.000 dollara qalxacaq”,- deyə bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...