Yaponiya sıxılmış təbii qaz infrastrukturuna 10 milyard dollar investisiya ayırmaq niyyətindədir

Date:

Paylaş:

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko bildirib ki, hökumət və fərdi sektor birlikdə Asiyada sıxılmış təbii qaz infrastrukturunun inkişafına 10 milyard dollar investisiya ayırmaq niyyətindədir. Həmin regionda iqtisadi inkişafın 2030-cu ildə təbii qaza olan ehtiyacı təqribən 2,5 dəfə artıracağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, H.Seko bu bəyanatla sıxılmış təbii qaz istehsalçılarının və istehlakçılarının oktyabrın 18-də Tokioda keçirilən beynəlxalq konfransı zamanı çıxış edib. O bildirib ki, Yaponiya qarşıdan gələn 5 ildə Asiyanın sıxılmış təbii qaz infrastrukturu üçün 500 mühəndisin və digər mütəxəssislərin hazırlanmasına yardım edəcək. Yaponiya sıxılmış təbii qazın daha ucuz satıldığı beynəlxalq bazarın formalaşması üçün fəaliyyətini davam etdirəcək.
Asiya regionuna maliyyə vəsaiti yönəldən Yaponiya təbii qaz bazarının fəal oyunçusuna çevrilmək niyyətindədir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...