Bu ilin yanvar-avqust aylarında Türkiyəyə 4 milyard 851 milyon dollar xarici investisiya yatırılıb. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,8 faiz artım deməkdir. Belə ki, ötən ilin 8 ayı ərzində bu məbləğ 3 milyard 767 milyon dollar olub.
Bizplus.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu ilin 8 ayı ərzində Türkiyəyə ən çox investisiya Hollandiya, İspaniya, Azərbaycan və Avstriyadan yönəldilib.
Hollandiya Türkiyəyə 1 milyard 501 milyon dollar, İspaniya 1 milyard 46 milyon dollar, Azərbaycan 355 milyon dollar, Avstriya isə 308 milyon dollar investisiya yatırıb.