Elon Musk: “Süni zəka ilə birlikdə biz Pandorranın qutusunu aça bilərik”

Date:

Paylaş:

SpaceX və Teslanın yaradıcısı Elon Musk Forbes jurnalının 100 illiyinə həsr olunmuş essesində  süni intellektin mümkün təhlükələrindən yazıb.

“Süni intellektdən cəmiyyət çoxlu fayda əldə edəcək, bura özünüidarəedən avtomobillər və qabaqcıl tibbi diaqnostika texnologiyaları da daxildir. Amma süni intellektlə yanaşı biz Pandorranın qutusunu aça və bütün bəşəriyyəti təhlükə ilə üz-üzə qoya bilərik. Əgər super zəka bilməyərəkdən insana zərər vermək üçün quraşdırılsa, bu fəlakətin fəsadları faciəvi olar.

Belə bir şeyin baş vermə ehtimalları çox müxtəlifdir: məsələn, suni zəkadan xahiş etmək olar ki, spamdan qurtulsun və o, belə bir qərara gəlir ki, əgər adamlar olmazsa, spam da olmaz.

Və ya, maliyyə üzrə işləyən proqram belə bir qənaətə gələ bilər ki, pul qazanmağın ən sürətli yolu, müdafiə kompleksi sənayesində çalışan şirkətlərin səhmlərinin qiymətlərini yüksəltməkdir və müharibə başlata bilər.

Biz özünü məhv edə bilən ilk varlıqlarıq və lazımınca vaxt verilsə, hadisələrin bu cür gedişi çox inandırıcıdır. Ortaya başqa sual çıxır: biz bunun qarşısını ala bilərikmi?

Hər kəs öz təcrübəsindən dərs almalıdır və süni intellektin tənzimlənməsi üçün dövlət orqanı yaradılmalıdır. Onda qeyri hökumət təşkilatları da işə cəlb olunmaq istəyəcək və biz, bəşər övladının gələcək inkişafına müsbət təsir göstərə bilən, təhlükəsiz və faydalı texnologiyalar yarada biləcəyik.

©banco.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...