Biznesin yaradılması əsasən 3 ünsürdən aslıdır: istək, ideya və kapital. Bir çox hallarda bu ünsürlərin birinin olmaması sonda uğursuzluqla nəticələnir. Lakin qeyd etmək lazımdır ki, bəzən insanlar istək, ideya və kapitala sahib olduqları halda belə biznesin yaradılmasında maraqlı olmurlar və ya bunu etməyə çəkinirlər. Səbəblər müxtəlifdir.
Hesab edirəm ki, buna ən əsas səbəb – “bunu bacara bilməyəcəm” qorxusudu. Hətta bu hissi özümüz özümüzə belə etiraf etmək istəmirik. Bu zaman beynimizdə buna bəraət qazandırmaq üçün müxtəlif arqumetlər gətiririk. Bu arqumetlər əsasən aşagıdakı kimi olur:
- BU ÇOX ÇƏTİNDİ – Əlbətdə çətin olacaq. İstənilən biznesi 0-dan başlayarkən əsas çətinlik başlanğıc mərhələsində olur ki, buna daha çox zaman və diqqət ayırmaq məcburiyyətindəsiniz. İşləmək istəyən insan hər zaman bunu etmək üçün vasitələr axtaracaq, işləmək istəməyən isə bəhanə.
- BU ÇOX RİSKLİDİ – Pul itirmək ehtimalı şəxsi bizneslə məşgul olmamaq üçün ən çox gətirilən arqumentlərdən biridi. Çünki ətrafımızda bizneslə məşgul olub və qeyri-peşəkar idarəçiliyi ucbatından iflas etmiş insanlar kifayət qədərdi. Bu səbəbdən yeni biznesə başlayrakən investisiya etməzdən əvvəl bütün risklər hesablanmalıdır. Hər bir yeni işə başlayarkən daha təcrübəli və özünü işində təsdiq etmiş insanlarla məsləhətləşmək lazimdır. Bu insan iqtisadçı, hüquqşünas, vergi üzrə mütəxəssis və ya biznesmen ola bilər. Adətən risk etməyi xoşlayan biznesmenlər məşhur “Risk etməyən şampan içmir” deyimini tez-tez işlədirlər. Həqiqətən də biznesdə vaxtında risk etməklə böyük uğur qaznmaq olur. Lakin bu o demek deyil ki, hər risk edən uğur qazanır. Risk, əsaslandırılmış və qabacadan hesablanmş olduqda uğur gətirir.
- VAXT YOXDU və ya ARTİQ GECDİ – Şəxsi biznes açmaq üçün ideal bir zaman anlayışı Bunu unutmaq laizmdır. Təbii ki, gənc yaşların öz üstünlükləri olur: yeni ideyalara meyillik, biznesə daha çox enerji və zaman həsr etmək və s. Orta yaşdan yuxarı şəxslərdə isə təcrübə, kapital və əlaqələrin olmasını əsas üstünlük hesab etmək olar. Dərindən düşünsək vaxtdan çox bizim nəyimiz varki, odur ki, vaxt da onu israf etməyi xoşlamır.
- PUL YOXDUR BƏHANƏSİ – Istənilən biznesin yaradılması, idarə edilməsi və bu zaman qərarları özünüz müstəqil vermək istəyirsinizsə mütləq şəxsi kapitala malik olmalısınız. Çünki qərar vermək səlayihyyəti biznesdə kapitalın həcmindən birbaşa aslıdı. Əgər kapital azdırsa və ya ümumiyyətlə yoxdursa bu zaman binzes plan xüsusi dəqiqliklə analiz edilməli və riyazi əsaslandırılaraq hesablanmalıdır. Biznes plan uğurlu olduğu halda daha az məsrəf və vaxt itgisi ilə işə başlamaq olar. Həmçinin lazım gəldikdə maliyyə vəsaiti üçün ilk növbədə banka deyil yaxınlarınız və ya dostlarınıza müraciət edin. Biznes planda kifayət qədər real və hesblanmış gəlir göstərməklə investor da cəlb etmək mümkündü.
- STABİLLİYİN OLMAMASİ – Biz öyrəşmişik ki, həfətədə beş gün işə gedək və bu çox zaman maaşdan razı qalmadığımız hallarda da olur. Hər gün demək olar ki, eyni işi görməklə ayın sonunda aldığımız stabil maaş alıırıq və bunula belə işlədyimiz sahibkar və ya təşkilatın maliyyə vəziyyəti bizi bir o qədər də maraqlandırmır. Bizə görə bu bir satbillikdi və bunu itirmə qorxusu gələcəkdə hər hansı biznes açaraq onun ehtimal olunan problemləri ilə qarşılaşmamaq üçün bir əsasdır. Çox zaman insanlar razı olurki 20-30 il stabil maaşlı işləsin halbuki biznes qurub başlanğıcda 2-3 il əziyyət çəkməklə gələcək maliyyə təminatını həll etmiş olardılar. Unutmaq lazım deyil ki, heç bir “maaşlı iş” stabil deyil və iqtisadi durğunluq zamanı iş yerlərinin bağlanması, ixtsarların edilməsi və bunula yanaşı müxtəlif obyektiv və ya subyektiv səbələrə görə stabil hesab etdiyimiz işimizi itirə bilərik.
- HİMAYƏDAR YOXDUR – Etiraf etmək lazımdır ki, mövcud şəraitdə istənilən biznesin yaradılması zamanı dövlət strukturlarında əlaqələrin olması mühüm faktorlardan birinə çevrilib. Bu faktorun olması müvafiq qeydiyyat, icazə və ya lisenziyaların tez və burokratik əngəllərlə qarşılaşmadan alınmasında xüsusi rol oynayır. Lakin “himayədar”ın olması da hər zaman biznesdə həlledici faktor deyil və təcrübə göstərir ki, qeyri-biznes faktorlarından aslı olmayan bizneslər daha uzunömürlü olur.
Yuxarıda sadalanan arqumetlərlə özümüzü müdafiə etməyə çalışsaq da son nəticədə “özünü qiymətləndirmə” səviyyəmizi aşağı salırıq. Bəziləri üçün bu arqumentlər səbəb bəziləri üçün isə bəhanə kimi çıxış edə bilər. Biznesdə uğur qazanmaq üçün hamıdan ağıllı olmağa ehtiyac yoxdu, sadəcə bunu hamıdan daha tez və keyfiyyətli etmək lazımdır. Odur ki, başlamaq heç vaxt gec deyil.
Banker.az