Dünyanın ən bahalı evi satışa çıxarılıb

Date:

Paylaş:

Fransada 418 mln. ABŞ dollarına 187 il əvvəl tikilmiş ev satışa çıxarılıb.

“Report”un “The Daily Mail” qəzetinə istinadən verdiyi xəbərə görə, “Les Cedres” malikanəsi Belçika kralı II Leopolda məxsus olub və daha sonra zeytun ferması kimi istifadə edilib.

Malikanədəki 14 yataq otağı bahalı mebel və XIX əsrin rəsm əsərləri ilə bəzədilib. Həmçinin, burada basseyn, banket zalı və 30 atın saxlanılması üçün nəzərdə tutulan tövlə var.

Bundan başqa, malikanədə 15 000 bitkisi olan Avropanın ən gözəl bağlarından biri yer alıb. Qonşuluqda isə britaniyalı bəstəkar Endryu Lloyd Uebber (Andrew Lloyd Webber) və “Microsoft”un qurucularından Pol Allen (Paul Allen) yaşayır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...